Şəkidə çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Tədbirlər çərçivəsində Agentliyin müfəttişləri Şəki şəhəri, B.Vahabzadə küçəsində fəaliyyət göstərən və fiziki şəxs Samir Lətif oğlu Abdurahmanova məxsus çörək sexində plandankənar yoxlama aparıb.
Yoxlama zamanı qida obyektində gigiyena qaydalarına əməl olunmadığı, o cümlədən çirklənməyə qarşı müdafiənin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün münasib şəraitin yaradılmadığı müəyyən olunub.
Eyni zamanda, müəssisədə işçi heyətin dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otağı ilə təmin olunmadığı aşkarlanıb.Çörək sexində istifadə edilən alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi və qida məhsullarının xüsusiyyətlərinə uyğun olaraq, temperaturu müəyyən edən cihazın quraşdırılmadığı aşkarlanıb.
Obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olub. Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb//axar.az



İstifadəyə yararsız çörək sexi aşkarlandı - FOTO
"Göyçə təndirin"də BİYABIRÇI MƏNZƏRƏ
Azərbaycanda şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
Bakıda məşhur restoran bağlandı
Unlu qənnadı məmulatların istehsalı dayandırıldı
Şəkidə çörək sexində partlayış - 1 nəfər yaralandı
“Yanar Dönər” bağlandı - BUNA GÖRƏ...
Qrildən elə birşey çıxdı ki...- Obyekt bağlandı
Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı - SƏBƏB?
“İvanovka” adı altında süd məhsulları istehsal edən sex bağlandı
Lənkəranda dondurma emalı müəssisəsi bağlandı
Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırıldı - SƏBƏB?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 