Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva Əhməd Yəsəvi adına Qazax-Türk Beynəlxalq Universitetinin Almatı şəhərində yerləşən Avrasiya Araşdırmalar İnstitutunda “Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə Türk dünyası” mövzusunda konfransda məruzə ilə çıxış edib.
ONN media xəbər verir ki, Müdir Suat Beylur başda olmaqla, İnstitut rəhbərliyinin, elmi əməkdaşların, ictimai fəalların iştirakı ilə keçirilən konfransda Qənirə Paşayeva 2023-cü ilin Türk dünyası üçün əlamətdar il olduğunu qeyd edib.
“2023-cü təqvim ili Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və qardaş Türkiyə Cumhuriyyətinin əlamətdar 100 illiyi, Türk-müsəlman aləminin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyi, habelə Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı olması ilə əlamətdardır.
Ortaq türk qurumlarının qurucu üzvü olan türk birliyi yolunda özünəməxsus töhfələri ilə seçilən çağdaş Azərbaycan davamlı yüksəliş yolundadır və bu, Heydər Əliyevin həyat amalının parlaq təcəssümüdür. Böyük siyasi iradəyə malik olan Heydər Əliyevin dövlət idarəçilik istedadı və beynəlxalq aləmdə baş verən hadisələri dəqiq analiz etməsi onun gələcəkdə xalqımızı gözləyən problemləri və onlardan çıxış yollarını müəyyənləşdirməsini təmin etdi”, - millət vəkili bildirib.
Q.Paşayeva institut rəhbərliyinə və kitabxanasına Azərbaycan mədəniyyətini əks etdirən nəşrlər, xatirə hədiyyələri bağışlayıb, konfransın bütün iştirakçılarına isə xarıbülbül xatirə nişanı təqdim edib.



Qazaxstanda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq
Qənirə Paşayeva Qazaxıstan Milli Konservatoriyasının fəxri professoru adına layiq görülüb
Bu il Şuşa daha bir böyük tədbirə ev sahibliyi edəcək
Türk şəhərlərinin nümayəndələri Şuşada toplandı
Paşayeva QYB-nin fəxri üzvü seçildi
Qənirə Paşayeva Türkiyədə mükafata layiq görüldü
Qənirə Paşayevaya yeni vəzifə verildi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyası Həftəsi” keçirir
Qənirə Paşayeva harada dəfn olunacaq?
Prezidentdən Şuşa ilə bağlı mühüm sərəncam
Türk dünyasının birləşmiş dövləti yaradılır - Amreyev AÇIQLADI
Qənirə Paşayevanın yerinə yeni təyinat olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 