“Zökəmin yanlış müalicəsi və ya ona məhəl qoymamaq ciddi xəstəliklərin inkişafına səbəb ola bilər”.
Bunu rusiyalı otorinolarinqoloq, cərrah Aleksey Litvinov deyib.
O, sonadək müalicə olunmayan zökəmin sinüsitə, hətta haymoritə keçə biləcəyini vurğulayıb. Həmçinin iltihab digər burunətrafı ciblərə da keçərək rinosinüsitə səbəb ola bilər. Bu xəstəlik burun tutulması, irinli ifrazat və güclü baş ağrısı ilə xarakterizə olunur.
Otorinolarinqoloq xəbərdarlıq edib ki, bu vəziyyətdə xəstəliyə məhəl qoymasanız və dərhal onunla məşğul olmağa başlamasanız, bu, hətta kəllədaxili rinogen ağırlaşmalara qədər gətirib çıxara bilər.
“Bu, inkişaf mexanizmi iltihab yaradan bakteriyaların ilkin infeksiya ocağından beyin qişalarına nüfuz etməsinə əsaslanan bütöv bir xəstəlik qrupudur. Bu, qan sepsisi, görmə sinirinin və gözün qişalarının iltihabı, osteomiyelit, beyinin absesi, meningitə gətirib çıxarır”, - deyə Litvinov bildirib.
Sonda o xatırladıb ki, haymorit zamanı insanda tromboz - beyin ciblərinin ölümlə nəticələnən tıxanması inkişaf edə bilər. Bu baxımdan, vaxtında mütəxəssisə müraciət etmək vacibdir.



Adi soyuqdəymə ilə səhv salınan 4 TƏHLÜKƏLİ XƏSTƏLİK
Qrip zamanı nələr etmək olmaz?
Cinsi yolla yayılan yeni xəstəlik: Həkimlər narahatdır
Bu xəstələrə banka qoymaq olmaz - Ölümə səbəb olur
Burun damcılarının ölümcül təhlükəsi
Burun damcılarının ÖLÜMCÜL TƏHLÜKƏSİ
Uşaqlarıda baş ağrısının səbəbləri nədir?
Baş ağrılarına diqqət - Bu xəstəliklərin əlaməti ola bilər
Qaraciyər piylənməsi in qarşısını necə almalıyıq?
Gözlərinizin tez-tez qaşınmağının sənədi budur
Burun dolğusunun hansı fəsadları var?
Xoruldayanların nəzərinə - xoruldamaq ölümcül təhlükəlidir!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 