Yevlax şəhərində törədilən qətlin bəzi təfərrüatları məlum olub.
ONN media-nın Report-a istinadən məlumatına görə, bu gün günorta saatlarında Yevlax şəhərində 1991-ci il təvəllüdlü Əhməd Əhəd oğlu Nəsibov küçədə başından güllələnərək qətlə yetirilib.
Mərhumun anası Simuzər Nəsibova bildirib ki, oğlunu bir gün öncə tanımadıqları şəxs evdən bayıra çağırmışdı:
“Mən həmin vaxt oğlumun arxasınca çıxdım. Həmin adam mənim oğlumun arxasınca gəldiyimi görüb çıxıb getdi. Bu gün də oğlum çörək almaq üçün marketə getmişdi, sonra eşitdim ki, oğlumu güllələyiblər”-deyə mərhumun anası bildirib.
Qeyd edək ki, Ə.Nəsibov küçədə onu öldürməyə cəhd edən şəxsdən qaçmağa çalışsa da buna nail ola bilməyib və “Makarov” tipli tapançadan alın nahiyəsinə açılan atəş nəticəsində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1989-cu il təvəllüdlü Saleh Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Şəxsi münasibətlər zəminində baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Əhmədlə bağlı daha bir iddia
Bakıda ana və iki övladını öldürən məktəb direktoru olub
Bakıda dünya çempionu qətlə yetirildi - YENİLƏNDİ
Bakıda gənc güllələnərək öldürüldü
Bakıda 21 yaşlı oğlan küçədə ölümcül bıçaqlandı
Azərbaycanda DƏHŞƏT: Ata oğlunu və ailəsini güllələdi
Bakıda idmançı öldürüldü - ŞOK TƏFƏRRÜAT
Goranboyda marketə hücum: Bir ölü, dörd yaralı - TƏFƏRRÜAT
Yevlaxda DƏHŞƏT: 53 yaşlı kişini...
Yüksək vəzifəli şəxsdən DƏHŞƏTLİ ƏMƏL - Ailə üzvlərini güllələdi
Öldürülən şəhid xanımının anasından ŞOK AÇIQLAMA
Vyanada törədilən terrorda şübhəli bilinən şəxs saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 