Sentyabrın 1-i Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib.
Belə ki, namizədlərin çoxu Azərbaycanın bölgələrini Milli Məclisdə təmsil edəcək. Onlar Milli Məclisin plenar və komitə iclaslarında iştirak etmək məcburiyyətindədirlər. Bəzi namizədlər var ki, onların Bakıda daimi qalacaq yeri və mülkiyyəti yoxdur.
Belə olan halda deputatların evlə təmin olunma məsələsi ortaya çıxır.
ONN media xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, onlar xidməti mənzillə təmin olunacaqlar.
Belə ki, Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir.
Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır.
Bundan başqa, deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.



Deputatlar nə qədər qazanır? – MAAŞ, MÜAVİNƏT VƏ GÜZƏŞTLƏR
Deputatlar bu tarixdən tətilə çıxır
Milli Məclisə seçilən deputatlarla bağlı MARAQLI MƏLUMATLAR
Bu gün Milli Məclisin plenar iclası keçiriləcək
Naxçıvan Ali Məclisi də buraxılacaq?
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
Deputatların maaşı ARTDI
Milli Məclisin plenar iclasının gündəliyi
Deputatlara “Parlament” medalı verildi
Milli Məclisdə islahat başladı
Bu gün Azərbaycanda "sükut günü"dür
Deputatların maaşı artırılacaq? - Açıqlama
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 