Erməni lobbisi indi də litvalı rejissor Aleksandras Brokasın çəkdiyi "Sonsuz dəhliz" ("Endless Corridor") filminə qarşı qarayaxma kampaniyası keçirirlər. Sözügedən film Xocalı faciəsindən bəhs edir. Erməni dairələri filmə verilən yüksək qiyməti süni şəkildə azaltmaq istəyirlər. Belə ki, məşhur online film platforması olan İMDb "Sonsuz dəhliz" adlı filmi 9 bal ətrafında dəyərləndirib. Son günlər isə erməni lobbisi İMDb saytında qeydiyyatdan keçərək sözügedən filmi kütləvi şəkildə şikayət edirlər. Şikayət nəticəsində "Sonsuz dəhliz" filmi 9 baldan 6 bala enib. Kampaniyaya başçılıq edən şəxslər film barədə xoşagəlməyən rəylər yazmağı da göstəriş veriblər. Qeyd edək ki, film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və foto materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.
Ermənilər Xocalı filminə qarşı kampaniyaya başladı



Müşviqdən rəqiblərinə ATMACA
Bu film "Oskar" mükafatına layiq görüldü
Karantin günlərində ən çox hansı film izlənilib?
Azərbaycan filmi Sarayevo Film Festivalında qalib oldu
Şəhid generalın xatirəsinə FİLM ÇƏKİLİR
“Qızıl Qlobus” sahibləri məlum oldu
75 illik mübarizə filmdə davam edəcək
Şuşa barədə “28” filmi beynəlxalq festivalda
“Xocalı nişanəsi” adlı qısametrajlı film təqdim edildi
“Çölçü” filmi yenidən mükafata layiq görüldü
Ermənilərin Qarabağ filmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 