ONN media xəbər verir ki, 29 mart 2018-ci il tarixdə Xocalı rayon Mədəniyyət evində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə ümumrayon tədbiri keçirildi.
Tədbirdə Xocalı rayon prokuroru Kamran Məmmədov, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
Əvvəlcə 31 Mart soyqrırımına və Xocalı soyqırımına aid kitablardan ibarət sərgiyə baxış keçirildi.
Tədbir iştirakçıları Respublikamızın ərazi bütövlüyü uğrundan canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərimizə Allahdan rəhmət dilədilər.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım hadisələrindən danışdı. O, bildirdi ki, soyqırım aktlarının həyata keçirilməsində əsas məqsəd xalqımızı öz doğma torpaqlarından çıxarmaq və həmin torpaqlarda erməni ideoloqlarının uydurduqları "böyük ermənistan" dövləti yaratmaq olmuşdur. Erməni vəhşiləri 1918-ci il mart ayında xalqımıza qarşı xüsusi vəhşiliklə kütləvi qətliamlar və qırğınlar törətmişlər. Həmin dövrdə yalnız Bakıda 12 mindən çox azərbaycanlı etnik milli zəmində qətlə yetirilmişdir.
Sonra məruzə ilə çıxış üçün söz Xocalı rayon Meşəli kənd tam orta məktəbinin tarix müəllimi Sabir Qasımova verildi. Sabir Qasımov ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım siyasətinə tarixi faktlarla nümunələr gətirdi. Çıxışında vuruladı ki, Sovet imperiyası altında bizə tariximizi unutdurmağa, həqiqətləri boğmağa çalışdılar, erməni vəhşiliklərini gizli saxladılar. Ermənilər bundan məharətlə istifadə edirdilər. Xocalıda, Ağdabanda, Qaradağlıda, Meşəlidə və digər bölgələrdə törədilən soyqırımlar ermənilərin xalqımıza qarşı planlaşdırdıqları soyqırımların davamıdır.
Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov çıxışında dünyada ikili standartların mövcud olduğunu qeyd etdi. Fikirlərinə əlavə etdi ki, dünyada beynəlxalq hüquq işləmir və böyük dövlətlərin əlində bir vasitəyə çevrilib. Belə olmasaydı, BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilən 4 qətnamə indiyədək icra edilərdi. Bu gün Ermənistanın Haaqa məhkəməsi qarşısında dayanması üçün kifayət qədər faktlar var. Tarixin təkrar olunmaması üçün, bu cür qanlı faciələri bir daha yaşamamaq üçün tariximizdən dərs götürməliyik.
Yukun olaraq çıxış edən Xocalı rayon prokuroru Kamran Məmmədov bildirdi ki. soyqırım aktı millətin etnik mənsubiyyətinə görə bütövlükdə məhvi edilməsinə yönəldilmiş hadisədir. Ermənilərdə tarixən bu fikir, ideya olub ki, xalqımız yer üzərindən silsinlər, özlərinin dırnaqarası "böyük ermənistan" dövlətlərini qursunlar. Mart hadisələri ermənilərin planlı şəkildə hazırladıqları soyqırım aktıdır. 1988-1993-cü illərdə başımıza gətirilən hadisələr də həmin soyqırım aktlarının tərkib hissəsidir.
Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində dünya ictimaiyyətinə çatdırıla bilmişdir. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Hazırda Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamı icra olunur.
Sonda Xocalı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış Xocalı soyqırımının acı həqiqətlərini əks etdirən qısametrajlı film nümayiş etdirildi.



Zərdabda Xocalı faciəsinin anım günü keçirildi
Xocalılar növbəti Novruz bayramını doğma yurd-yuvalarında keçirməyi arzulayırlar
"Biz zərərli vərdişləri yox, idmanı seçirik" devizi altında voleybol yarışı keçirildi
Londonda Xocalı və 31 mart soyqırımına həsr olunmuş tədbir keçirildi
Xocalılar Heydər Əliyevin doğum gününü ehtiramla qeyd etdilər
İstanbulda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi
Niderlanda Xocalı soyqırımı qurbanlarının xatirəsininə anım mərasimi keçirilib
15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi
Heydər Əliyev Sarayında Xocalı soyqırımının qurbanları anıldı
Bu faciə yaddaşımızdan silinməyəcək - Mehriban Əliyeva
Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edildi
FHN 31 mart soyqırımı ilə bağlı tədbirlər keçirir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 