Bu gün Azərbaycan və İran ticarət mərkəzinin açılışı olub. ONN media xəbər verir ki, açılış mərasimində Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, İranın Sənaye, mədən və ticarət naziri Rza Rəhmani, İranın Azərbaycandakı səfiri Cavad Cavadzadə və digər rəsmi nümayəndələr iştirak ediblər. Mərkəzin rəhbəri Hüseyn Pirmüəzzin jurnalistlərə açıqlamasında bildirib ki, mərkəz Azərbaycanda fəaliyyət göstərmək istəyən iranlı sahibkarların işlərinin koordinasiyasında köməklik göstərəcək. Onun sözlərinə görə, bu mərkəz iki ölkə arasında ticari əlaqələrin inkişafına müsbət töhfə verəcək: "Mərkəz sahibkarların problemlərinin həllinə dəstək verməyə hazırdır. Biz onları lazımi informasiya ilə təmin edəcəyik". Xatırladaq ki, 2018-ci ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 74 faiz artıb. Eləcə də bu ilin ilk iki ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsi 4 dəfə yüksəlib.
Azərbaycan-İran ticarət mərkəzinin açılışı oldu



İran və Azərbaycanın ticarət dövriyyəsi 600 milyon dolları keçəcək
Bakı və Ankaranın bu sazişi qüvvəyə minir - DETALLAR
İraq rəsmisi: İranla ticarət artıb
Azərbaycan və Türkiyə arasında gömrük prosedurları nə zaman sadələşdiriləcək? - RƏSMİ
İran-Azərbaycan dəmir yolu ticarət dövriyyəsinin inkişafına kömək edəcək
Türkiyə ilə İran arasında nə baş verir?
Nazir: “Azərbaycan və Rusiya arasında ticarət əlaqələri artır”
Azərbaycan-Ukrayna əməkdaşlığı daha da güclənəcək - Deputat
Qonşu ölkədə də Azərbaycan Ticarət Evi açılır?
Əhali bir ildə ərzağa nə qədər pul xərcləyib?
Ölkəmizlə İran arasında yeni keçid məntəqəsi açıldı
Azərbaycanla İran arasında aviareyslər bərpa olunur? - RƏSMİ
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 