Gələn aydan etibarən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minəcək. Saziş 15 mal qrupunu əhatə edir. Bu sazişdən sonra iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. ONN media xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov deyib. “Pandemiyanın təsirlərinə rəğmən ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 mlrd. 403 milyon dollar, 2017-ci ildə isə 2 mlrd. 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kubmetr mavi qaz nəql etməyi planlaşdırır. Artıq ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 mlrd. dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər”, - millət vəkili bildirib.(axar.az)
Bakı və Ankaranın bu sazişi qüvvəyə minir - DETALLAR



Azərbaycan-Ukrayna əməkdaşlığı daha da güclənəcək - Deputat
İki ölkə arasında yeni anlaşmalar gözlənilir - Deputat
Azərbaycan-İran ticarət mərkəzinin açılışı oldu
Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir
Bakıda bu məhsulların dəyəri artdı
Əhali bir ildə ərzağa nə qədər pul xərcləyib?
İran və Azərbaycanın ticarət dövriyyəsi 600 milyon dolları keçəcək
Rusiya və İran bu valyutalardan imtina edir?
Əhali bir ildə ərzaq, içki və siqaretə nə qədər pul xərcləyib?
Lirənin ucuzlaşması manata təsir edəcək?
Ərdoğan Azərbaycanla bağlı daha bir VACİB SƏNƏDİ təsdiqlədi
Çavuşoğlu Maduro ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 