Azərbaycan hökuməti ölkə xaricində ticarət evlərinin açılmasını dəstəkləyir. ONN media xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanda Azərbaycan Ticarət Evinin açılması məsələsinə münasibət bildirərkən deyib. Nazir qeyd edib ki, bu cür evlərin açılmasında yanaşma ondan ibarətdir ki, ticarət evlərinin fəaliyyəti daimi və dayanıqlı olmalıdır: “Ticarət evləri dayanıqlı əsaslarla açılmalıdır, onun fəaliyyət modeli, özəl və ya dövlət tərəfindən xərcləri müəyyən edilməlidir. Əgər özəl sektorda belə maraq varsa, birmənalı şəkildə dəstəkləməyə hazırıq”. M.Cabbarovun sözlərinə görə, iki ölkə arasında iqtisadi-ticari əlaqələr yüksələn xətt üzrə inkişaf edir: “2019-cu ilin nəticələrinə görə, ölkələr arasında ticarət dövriyyəsi 11%-dən çox artıb. Bu artım əsasən Azərbaycan məhsullarının Gürcüstan bazarına ixracı hesabına baş verib”. Nazir Gürcüstanın Azərbaycan üçün vacib tərəfdaş ölkə olduğunu deyib: “Gürcüstanda çox sayda soydaşımız yaşayır. Azərbaycan dövləti və Heydər Əliyev Fondu tərəfindən bu ölkədə həyata keçirilən layihələrdə bu faktor nəzərə alınır”. O, Azərbaycan və Gürcüstan arasında iqtisadi-ticari əməkdaşlığın daha da genişlənəcəyinə inandığını bildirib.(axar.az)
Qonşu ölkədə də Azərbaycan Ticarət Evi açılır?



Nazir: “Azərbaycan və Rusiya arasında ticarət əlaqələri artır”
Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu başladı
Azərbaycan-İran ticarət mərkəzinin açılışı oldu
Bakı və Ankaranın bu sazişi qüvvəyə minir - DETALLAR
Azərbaycan, Gürcüstan və Türkiyə arasında 5 sənəd imzalanıb
Azərbaycan-Ukrayna əməkdaşlığı daha da güclənəcək - Deputat
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk dördlükdə
Türkiyənin Azərbaycanda birinci Ticarət evi açılacaq
Ərdoğan Azərbaycanla bağlı daha bir VACİB SƏNƏDİ təsdiqlədi
Azərbaycan və Pakistan arasında saziş imzalandı
İran və Azərbaycanın ticarət dövriyyəsi 600 milyon dolları keçəcək
Azərbaycan və Türkiyə arasında gömrük prosedurları nə zaman sadələşdiriləcək? - RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 