Energetika naziri Pərviz Şahbazov “Azərenerji” ASC-nin qoyuluş güclərinin optimallaşdırılması və bərpası” Proqramı çərçivəsində “Azərbaycan” İES-də görülən işlərlə yerində tanış olmaq üçün Mingəçevirə gedib. Nazirin iştirakı ilə “Azərbaycan” İES-in fəaliyyətinə baxış keçirilib, müzakirələr aparılıb. ONN media -ya Nazirlikdən verilən məlumata görə, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev “Azərbaycan” İES-də proqramda nəzərdə tutulan tədbirlərə uyğun olaraq görülən işlər barədə məlumat verib. Bildirilib ki, 6 və 7 saylı enerji bloklarında turbin və qazanlarda əsaslı təmir işləri görülüb. Yenidənqurma çərçivəsində 6 və 7 saylı enerji blokları, 1 və 2 nömrəli əlaqə avtotransformatorlarının 550 kV-luq Açıq Paylayıcı Qurğularında olan istismar müddəti başa çatmış bütün avadanlıqlar yeniləri ilə əvəz edilib, müasir eleqaz açarları, ölçü transformatorları, yeni kabel kanalı və idarəetmə kabelləri quraşdırılıb. Bundan başqa, 330 kV-luq APQ-nin yenidənqurma işlərinə hazırlıq gedir və yeni idarəetmə mərkəzinin tikintisi davam etdirilir. Xatırladaq ki, Energetika Nazirliyi tərəfindən Almaniyanın Enerco/VPC şirkətləri cəlb edilməklə və “Azərenerji” ASC-nin iştirakı ilə 2018-ci ilin aprel-iyul aylarında elektrik stansiyalarında aparılmış araşdırmalar əsasında “Azərenerji” ASC-nin generasiya güclərinin optimallaşdırılması və bərpası” Proqramı hazırlanmış və icrasına başlanılmışdır.
Energetika naziri Pərviz Şahbazov “Azərbaycan” İES-ə baş çəkib



Pərviz Şahbazov ABŞ-a səfərə gedib
Energetika naziri “Siemens” şirkətinin tədbirində iştirak etdi
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib
Pərviz Şahbazov Rusiyada səfərdədir
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Azərbaycanın energetika naziri İranda səfərdə olub
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
Energetika naziri “Rusiya Enerji Həftəsi”adlı Beynəlxalq Forumda çıxış etdi
Pərviz Şahbazov BƏƏ-li həmkarı ilə görüşdü
Nazir Münhen Təhlükəsizlik Konfransında çıxış edib
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 