ONN media xəbər verir ki, Bayıldakı «Riviera» mehmanxanasında Bayıl yamacında baş vermiş sürüşmə ilə əlaqədar həmin ərazidən köçürülmüş sakinlərlə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun görüşü keçirilmişdir.
Yel çərşənbəsi günü təşkil olunan və bayram süfrəsi arxasında toplaşanları salamlayan RİH başçısı ilk növbədə iştirakçıları xalqımızın ən əziz bayramlarından olan Novruz münasıbəti ilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.
Bildirilmişdir ki, yamacdakı məlum hadisələrlə bağlı burada məskunlaşan vətəndaşların özlərinin və əmlaklarının təhlükəsizliyinin təminatı məqsədi ilə bir sıra təxirəsalınmaz tədbirlər görülmüş, əhalı vaxtında təhlükəli zonadan köçürülmış, müvəqqəti sığınacaq yaradılmış, vətəndaşların digər sualları həll olunmuşdur. Buradakı evlərin böyük əksəriyyətinin heç bir sənədi olmayan qanunsuz tikililər olmasına baxmayaraq dövlər tərəfindən ilk növbədə vətəndaşların mənafeyi nəzərə alınaraq buradakı 98 evdə yaşayanların kirayə mənzillərdə yerləşdirilməsi, onlara aylıq kirayə pulunun verilməsi qərara alınib və bu işlər həyata keçirilib. Evləri tam uşmuş vətəndaşlara isə birdəfəlik kompensasiya ödəniləcəkdir.
Hazırda ərazidə mütəxəssislər tərəfindən araşdırma və yoxlamalar aparılır. Onların rəyi nəticəsində yamacdakı evlərin gələcək taleyi ilə bağlı qərar verıləcəkdir. Bu gün ərazidə polis postları qurulub, kənar şəxslərin əraziyə daxıl olmasına yol verilmir.
Tədbirdə iştirak edən vətəndaşların çoxsaylı sualları RİH başçısı tərəfindən cavablandırılib, onlar bu problemli məsələlərinin həllinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
Səmimi şəraitdə keçən görüşün sonunda sürüşmə ərazisindən köçürülən ailələrə novruz sovqatları təqdim olunmuşdur.



RİH Bayıldakı sürüşməyə münasibətini bildirib
Bayılda 98 ev söküləcək
Bayıldakı son vəziyyət nədir?
Teleqüllə yaxınlığındakı sürüşmə ilə bağlı xüsusi qərargah yaradılıb
Bayıldan köçürülən ailələrə şad xəbər
Bayılda yaşayanların DİQQƏTİNƏ
Bayılda sürüşmə ilə əlaqədar 100-dən çox evin sakini köçürüldü
Qərar verildi: Bu ərazidəki evlərin hamısı söküləcək
Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı
İcra Hakimiyyəti: Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb
Səbail RİH-dən Bayıldakı sürüşmə ilə bağlı açıqlama
Badamdardakı sürüşmə ərazisindəki tikililərlə bağlı açiqlam
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 