Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı məktəbimizdə V a və V b sinif şagirdlərinin iştirakı ilə “Xocalı əsrin faciəsi” adlı tədbir keçirildi.
ONN media bildirir ki,tədbirdə Sabunçu rayon Gənclər və İdman İdarəsinin aparıcı mütəxəssisi Mənzər xanım, Beynəlxalq İdeal Sülhün təbliği fondunun təsisçi rəhbəri Əlikram Müzəffər, Beynəlxalq İdeal Sülhün təbliği fondunun Azərbaycan nümayəndəliyinin sədri Bilman Allahverdiyev, Sabunçu rayon Mərkəzi kitabxanasının abonoment bölmə müdiri Dadaşova Cəmilə, Sabunçu rayon Mərkəzi kitabxanasının
Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Qasımova Təhminə iştirak edirdi. Məktəblilər Xocalı soyqırımı haqqında məruzələrlə çıxış edib, şeirlər səsləndirdilər. Xocalıda baş verənlər səhnələşdirilərək əyani şəkildə iştirakçılara çatdırıldı. Eyni zamanda Xocalı faciəsindən bəhs edən videoçarxla erməni işğalçılarının dinc əhaliyə qarşı törətdiyi insanlığa sığmayan vəhşiliklər nümayiş etdirildi. Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq, tariximizi, erməni vəhşiliklərini unutmamaqdır. Sonda məktəbin direktoru Arizə xanım Mahmudova tədbirə yekun vuraraq, mərasimin hazırlanmasında əməyi olan müəllimlərə, bədii hissədə öz çıxışı ilə diqqəti cəlb etmiş şagirdlərə və tədbirdə iştirak edən qonaqlara təşəkkür etdi.




Xocalı soyqırımı Ukrayna mətbuatında
Heydər Əliyev Sarayında Xocalı soyqırımının qurbanları anıldı
İstanbulda “Xocalı soyqırımı və erməni problemi” mövzusunda tədbir keçirildi
"Biz zərərli vərdişləri yox, idmanı seçirik" devizi altında voleybol yarışı keçirildi
Xocalı soyqrımından 27 il ötür
Hökümət rəsmiləri Xocalı Soyqırımı abidəsini ziyarət ediblər
Bakıda prezidentin iştirakı ilə ümumxalq yürüşü keçirilir
Xocalı soyqırımından 30 il ÖTÜR
ABŞ-da daha bir mer Xocalı soyqırımı ilə bağlı QƏRAR VERDİ
Türkiyəli səfir Xocalı ilə bağlı paylaşım etdi
İstanbulda Xocalı faciəsi yad olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 