ONN media xəbər verir ki, fevralın 23-də Belçikanın Gent şəhərində Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə bu ölkəyə səfər etmiş Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayilov və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin də iştirak ediblər. Gent Türk Ocağının təşkil etdiyi "Qafqazda barışın önündəki əngəllər; öncəsi və sonrasıyla Qarabağın işğalı - üç nəsil bir trajedi" adlı tədbir və foto-sərgidə diaspor təmsilçiləri, Gent şəhərinin yerli sakinləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Gent Türk Ocağının qurucu başqanı Rəcəb Tuncər Sarı 26 il
öncə Azərbaycanın tarixi torpaqları olan Qarabağ bölgəsindəki işğal faktlarına diqqət çəkərək, bildirib ki, zaman-zaman türklərə qarşı soyqırımlar törətməkdən çəkinməyən ermənilər, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində insanlığa sığmayan qətliamlar törətdilər, bu qəsəbədə gerçək bir soyqırım gerçəkləşdirdilər: "Xocalı soyqırımı tarix boyu türk millətinə qarşı edilmiş ən böyük cinayətlərdən biri, bəlkə də ən amansızıdır. Ona görə də biz bu dəhşətli hadisələrin unudulmamasına çalışaraq, bütün dunyaya çatdırmalıyıq". Gent Türk Ocaqlarının sədri Erdal Böcük də Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı edilmiş cinayət hesab edərək, bu qətliamları törədən lərin ədalət məhkəmələrində cavab verməli olduqlarını bildirib. Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev çıxışında ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsi səbəblərinə tarixi ekskursiya edərək, bildirib ki, iki yüz ilə yaxın bir vaxtdır ermənilər Azərbaycan əraziləri hesabına qurulmuş dövlətlərinin ərazilərini genişləndirmək üçün zaman-zaman münaqişələr çıxarıb, Azərbaycan torpaqlarına təcavüz ediblər Lakin 26 il öncə törətdikləri Xocalı soyqırımı isə bəşəriyyət tarixinin ən qanlı səhifəsidir və biz bunu əsla unutmuyacağıq. ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, Xocalı soyqırımını ermənilər və onların havadarları törətməklə,xalqımızın gözünü qırmaq, onlara öz torpaqlarından əl çəkdirmək məqsədi daşıyırdı.Lakin bu cür faciələr, qətliamlar bizi əsla qorxuda bilmədi. Bu gün biz bütün dünyada türk millətinə qarşı bir müharibə, savaş başladıldığını görürük.Biz isə bu savaşdan inandığımız haqq
ədalət və yalnız birlik yolu ilə qalib çıxa bilərik. Yalnız birliyimiz nəticəsində bu soyqırımı görməzdən gələn, onu törədənlərdən hesab sormağa cürətləri çatmayan beynəlxalq təşkilatlara təsir edə bilərik, öz həqiqətlərimizi tanıda bilərik. Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Demirçi Azərbaycanın ümummilli məsələlərinin həll olunması və Azərbaycan həqiqətlərinin daha mütəşəkkil təbliğ olunması üçün birgə əməkdaşlıq səylərini gücləndirməyin vacib olduğunu bildirdi. Xocalı soyqırımının dünyaya çatdırılması və bu istiqamətdə Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatlarının birgə iş qurmalarınln vacibliyini qeyd edərək, Gent Türk Ocaqlarına göstərdiyi dəstək üçün təşəkkür edib.



Brüsseldə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Belçikanın Gent şəhərində olub
Türk dünyası qəzetəçilərinin zirvə görüşü keçiriləcək
"Qarabağ"ın rəqibi böyük hesabla qələbə qazandı
"Qarabağ"ın oyunlarının başlama vaxtı açıqlandı
Belçikada 20 yanvar şəhidləri anılıb
Stokholmda Xocalı soyqırımı tədbiri
İstanbulda “Xocalı soyqırımı və erməni problemi” mövzusunda tədbir keçirildi
Alimlərdən şad xəbər
Heydər Əliyev Sarayında Xocalı soyqırımının qurbanları anıldı
Niderlanda Xocalı soyqırımı qurbanlarının xatirəsininə anım mərasimi keçirilib
Milli Məclisin deputatları İsrailə səfər edəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 