ONN media xəbər verir ki, Şəki rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Şəki Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Payızlıq taxıl əkinlərinin vəziyyətinin qiymətləndirilməsi və müvafiq kompleks yaz tarla işlərinin elmi əsaslarla aparılması” mövzusunda elmi-praktiki seminar keçirilib.
Seminarda çıxış edən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”-ndə taxılçılığın inkişaf etdirilməsi ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin icrası, kənd təsərrüfatı məhsulu istehsalçıları ilə elmi- tədqiqat institutları arasında birgə əməkdaşlığın əhəmiyyəti haqqında danışıb.
Tədbirdə “İnformasiya-məsləhət xidməti sahəsində beynəlxalq təcrübənin tətbiqi”, fermerlərin maarifləndirilməsi məqsədilə “Yeni taxıl sortlarının dəmyə şəraitində potensial məhsuldarlığı və ona təsir edən amillər”, “Bugda əkinlərində müşahidə olunan zərərli orqanizmlər və onlara qarşı kompleks fitosanitar tədbirlər”i mövzularında təqdimat və çıxışlar olub. Çıxışlarda fermerlərə səmərəli gübrə norma və nisbətlərinin buğdanın dən məhsuldarlığına və keyfiyyətinə təsiri, keyfiyyəti şərtləndirən amillər və qoyulan tələblər, alaqlara və xəstəliklərə qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib. Həmçinin rayonda taxılçılığın prioritet sahə olduğu və hazırkı dövrdə taxıl əkinlərində aparılan aqrotexniki qulluq işləri, taxıl əkini sahələrinin mövcud vəziyyəti, məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Seminarda iştirakçıların sualları müvafiq qaydada cavablandırılıb. Seminar öz işini sahə nümayişi ilə davam etdirib və iştirakçılara nümayiş əkinlərində olan sortlar haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb



Şəki sakinlərinin DİQQƏTİNƏ
Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirildi
Qubada AEİMM direktorunun iştirakı ilə fermer və mütəxəssislər üçün təlim keçirilib
AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirildi
Azərbaycanda yeni yemiş sortları yaradıldı
İnam Kərimovdan yeni təyinat
Baş nazirdən yeni qərar
Aqrar sahənin bəzi perspektivləri müzakirə olunub
Azərbaycanda ilk dəfə “Respublika toxum sərgi-satış” yarmarkası keçirilib
Şamaxıda AMAL layihəsinin təqdimatı olub
Azərbaycanda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib
Bu instituta direktor axtarılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 