ONN media xəbər verir ki, mayın 28-də “Zirvə” idman zalında Pauerliftinq üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə beynəlxalq turnirə start verilib. Üç gün davam edəcək yarışda müxtəlif çəki dərəcələrində 250-dən çox yerli və xarici idmançı gücünü sınayır. Bu idman növü kişilərlə yanaşı, qadınlar arasında da populyarlaşmaqdadır. Hər il keçirilən ölkə çempionatlarında belə deyək, “zərif güclü”lərimizin sayının və onların göstərdikləri nəticələrin artması bunu bir daha təsdiq edir.
Artıq yarışın ikinci günü qadınların mübarizəsi yekunlaşıb və qaliblər müəyyənləşib. Sabunçu RPİ-nin kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis leytenantı Ədilə Qurbanova da bu yarışda adını növbəti dəfə çempionlar sırasına yazdırıb. Təmsilçimiz qadınlar arasında ştanqı sinədən qaldırma (benç-press), oturub-durma (squat) və qurşağadək dartma (dedlift) hərəkətlərində ümumilikdə 295 kiloqram ağırlığı qaldıraraq yarışın qızıl medallarını qazanıb.
Polis leytenantı Ədilə Qurbanova idmanın karate və pauerliftinq növləri ilə məşğul olur. Səkkizqat respublika çempionu olan təmsilçimiz 2 dəfə dünya kubokunun sahibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Paurliftinqdə 3 dəfə respublika birincisidir.



Daha bir yarış, daha bir qələbə
Xanım polis əməkdaşı Bakı çepionu oldu
Dünya çempionatında ölkəmizi o təmsil edəcək
DİN-in idmançıları yarışda qalib olublar
Təmsilçilərimiz dünyanın ən sərrast atıcıları ilə yarışdılar
Şahmat üzrə açıq rayon birinciliyi keçirilib
DİN İdman Cəmiyyətinin yetirmələri qalib oldular
Həm kubok qazandı, həm də vəsiqə...
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş yarışlar keçirilir
Çempionatdan medalla qayıtdılar
Ulu öndərin xatirəsinə həsr olunmuş növbəti yarış keçirilib
Türkiyədə Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə kubok yarışı keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 