ONN media xəbər verir ki, mayın 12-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş alpaqut üzrə açıq Bakı çempionatı keçirilib.
Şağan İdman Kompleksində baş tutan yarışda müxtəlif çəki dərəcələrində 300-dək idmançı iştirak edib.
Bu yarışda milli komandanın üzvü, DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı Natiq Eminov qələbə uğrunda inamlı mübarizə apararaq yüksək nəticələr əldə edib. O, batur sistemi (əlbəyaxa döyüş) üzrə + 85 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
“Alpagut” — tək başına düşmənə hücum edən və heç bir tərəfdən ələ keçməyən igid mənasını bildirir. Həmçinin bu söz alp-igid, qut-müqqədəs sözlərinin birləşməsindən yaranıb.
Qeyd edək ki, bu ilin noyabr ayında ölkəmiz Alpaqut üzrə dünya çempionatına ev sahibliyi edəcək və təmsilçimiz də bu yarışda iştirak edəcək.
N.Eminov həm də Alpaqut Federasiyasının nizam-intizam komissiyasının sədridir. O, I-Dan qara kəmər ustasıdır. Dəfələrlə respublika çempionu və beynəlxalq turnirlərin qalibi olub. Təmsilçimiz Avropa və dünya çempionatlarında da ölkəmizi layiqincə təmsil edib, himnimizi səsləndirib



Daha bir yarış, daha bir qələbə
Ermənini məğlub edən azərbaycanlı dünya çempionu oldu
Həm kubok qazandı, həm də vəsiqə...
Daha bir yarış, daha bir QƏLƏBƏ
"Paris 2024"- İmaməddin finalda!
Alpaqut 2018 - Dünya çempionatı Bakı
Orxan Səfərov qızıl medal qazandı
Daxili Qoşunların hərbi qulluqçuları bayram günündə bayrağımızı yüksəltdilər
Qazaxda şəhid Zahid Mahmudovun xatirəsinə möhtəşəm festival keçirilib
Cüdoçumuzdan daha bir uğur
Təmsilçilərimiz dünyanın ən sərrast atıcıları ilə yarışdılar
100 illik yubileyə həsr olunmuş cüdo üzrə DİN çempionatı keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 