ONN media xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin və Veteranlar Şurasının üzvləri rayon ərazisindəki 4, 5, 9, 10 saylı, Məmmədli kənd və Digah qəsəbə tam orta məktəblərdə şagird və pedoqoji kollektivlə görüşlər keçiriblər.
Görüşlərdə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır”, eləcə də “Azərbaycan Polisi 100. Fədakar xidmət nümunəsi” mövzularında şagirdlərə ətraflı məlumat verilib.
Abşeron RPİ-nin rəis müavini, polis polkovniki Elçin Rəcəbov bildirib ki, zəngin tarixi olan Azərbaycan Polisi öz peşə bayramını 1998-ci ildən ulu öndər Heydər Əliyevin sərəncamı ilə qeyd edir. Ümummilli lider daim polisin fəaliyyətinə önəm verib, sabitliyin qorunub-saxlanmasında, cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarını həmişə yüksək qiymətləndirib. Azərbaycan Polisi də dövlətə, xalqa, peşə borcuna sadiqlik nümayiş etdirərək, üzərinə düşən mühüm vəzifələrin öhdəsindən layiqincə gəlib.
RPİ-nin Veteranlar Şurasının sədri İsa İslamov qeyd edib ki, bu gün ölkəmiz dünya birliyində öz layiqli yerini tutub. Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizdə sabitliyin layiqincə qorunmasının və davamlı inkişafın təmininin əyani təsdiqidir. Azərbaycanın hərbi qüdrətinin durmadan artdığını, möhtərəm dövlət başçımızın cəbhə bölgələrinə tez-tez səfərlər etməsini və hər dəfə hərbçilərlə, rayon ictimaiyyəti ilə keçirdiyi görüşlərin əhalidə ruh yüksəkliyi yaratdığını diqqətə çatdırıb. İ.İslamov sabahımızın qurucuları olan gənclərin onlara olan etimadı layiqincə doğrultmaları üçün vətənpərvərlik ruhunda tərbiyə olunmalarının əhəmiyyətindən danışıb.
Çıxışlarda qeyd edilib ki, hər bir gənc, xüsusən də məktəblilər narkomaniya və onun törətdiyi faciələr haqqında geniş məlumata malik olmalıdırlar. Qeyd edilib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.
Tədbirdə iştirak edən müəllim və şagirdlərə yetkinlik yaşına çatmayanların inzibati və cinayət qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri aspektində diskusiya xarakterli söhbətlər aparılıb. Görüşlərin sonunda “Narkomaniyaya yox deyək” mövzusunda videoçarx nümayiş



Azərbaycan polisi 100 illiyini qeyd edir
Daha sağlam gələcəyimiz üçün məktəblərdə tədbir keçirilib
Bu gün Azərbaycanda polis günüdür
Ağdaşda Veteranlar Şurasının təşkilatçılığı ilə vətəndaşlarla görüş keçirilib
Bakıda yeni polis yaradılır?
Nazir polkovniki İŞDƏN ÇIXARDI
Ramil Usubov generalları təltif etdi — SIYAHI
2 iyul Azərbaycanda polis günüdür
Nazir daha bir polkovniki işdən çıxardı
Ramil Usubov müraciət yaydı
Vilayət Eyvazov ona yüksək vəzifə verdi
Polis veteranların iştirakı ilə 771 cinayət açılıb
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 