İctimai asayişin mühafizəsi, cinayətkarlığın profilaktikası, cinayət hadisələrinin qarşısının alınması və açılmasında ərazi polis orqanlarının veteranlar şuralarının üzvləri öz layiqli töhfələrini verirlər. Gənc əməkdaşların peşə vərdişlərinin artırılmasında, onlarda dövlətə, dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılmasında, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsi sahəsində ağsaqqal həmkarların rolu danılmazdır.
ONN media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Veteranlar Şurası 2018-ci ilin birinci rübündə də bir sıra səmərəli tədbirlər həyata keçirib. Veteranlar vaxtaşırı görülən işlər barədə hesabat verirlər.
Belə ki, gənc nəslin təlim-tərbiyəsində, milli ruhda formalaşmasında fəal iştirak edən polis veteranları cari ilin 3 ayında respublika üzrə təhsil müəssisələrində, həmçinin əhali ilə 1200-dən artıq görüş keçiriblər.
Yerli polis şöbələrinin rəhbərliyi və aidiyyatı xidmətlərin əməkdaşları ilə birgə keçirilən belə görüşlərdə yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nikah hallarının qarşısının alınması məqsədilə hüquqi mövzularda maarifləndirmə işləri aparılıb, dəyərli tövsiyələr verilib.
Polis veteranlarının köməyi ilə neçə-neçə cinayət törətmiş şəxs tutularaq istintaqa verilib, baş verə biləcək hüqüqazidd əməllərin qarşısı alınıb. Belə ki, 2018-ci ilin 3 ayı ərzində polis veteranları 771 cinayətin açılmasında iştirak ediblər.
Daxili İşlər Nazirliyinin Veteranlar Şurası qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlərini davam etdirir və veteranlar onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Onların səmərəli fəaliyyəti öz layiqli qiymətini alır.



Hər birimiz gələcəyimiz üçün cavabdehik
Vilayət Eyvazov sıra baxışı keçirdi
DİN-in Teleqram səhifəsi fəaliyyətə başladı
Polisin fəaliyyətinə uşaqların marağı
Polis gücləndirilmiş iş rejimində işləyəcək
15 mindən çox şagirdin iştirakı ilə görüş keçirilib
Bu gün Azərbaycanda polis günüdür
Bu ərazilərdə yol nişanları və piyada zolaqları yenilənir
Polis 12 koronavirus xəstəsini yaxaladı - 1-nə cinayət işi açıldı
Vilayət Eyvazovdan Bakı polisinə xüsusi tapşırıq
Onlar faşizmə qarşı vuruşublar
Polis ictimai yerlərdə 7 koronavirus xəstəsi aşkarladı - CİNAYƏT İŞİ AÇILDI
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 