Bakıda müvəqqəti saxlama dayanacaqlarında yeni sistemin tətbiqinə başlanılıb.
ONN media xəbər verir ki, bundan sonra ödəniş parkomatlara deyil, parklanma nəzarətçilərinə ediləcək. Yəni ödənişləri nəzarətçilər qəbul edəcəklər. Artıq nəzarətçilər ödənişi qəbul etmək üçün yeni cihazlarla təchiz olunublar.
Artıq yeni sistem paytaxtın bir çox yerlərində işə düşüb. Ancaq sürücülərin əksəriyyəti parkomatların yeni cihazlarla əvəzlənməsi barədə ətraflı məlumata malik deyillər. Sadəcə bildikləri odur ki, ödəniş qiymətlərində heç bir dəyişiklik yoxdur. Həmçinin, əvvəllər bir neçə dəqiqəlik gecikməyə görə güzəştlər edilirdisə, artıq sistem məlumatı elektron qaydada birbaşa bazaya ötürür və buna görə heç bir güzəşt olunmur.
Burada isə bir sıra suallar yaranır. Əgər sürücü dayanacaqdan maşını çıxartdığı zaman nəzarətçi ərazidə olmasa, o, pulu ödəyə bilməyəcək. Belə olan halda isə sürücüyə cərimə yazıla bilər. Cərimənin məbləğini və parkomatların bundan sonrakı taleyini öyrənmək istəsək də, aidiyyəti rəsmi qurumlardan heç bir məlumat ala bilmədik.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov yeni aparatlar barədə məlumatsız olduğunu bildirdi. Bakı Nəqliyyat Agentliyindən isə dedilər ki, müvəqqəti saxlama dayanacaqları qurumun tabeliyinə yeni verildiyi üçün məsələdən xəbərsizdirlər. Bakı şəhər İcra Hakimiyyətindən də məsələ ilə bağlı məlumatlarının olmadığını bildirdilər.



Bu sürücülər cərimə ediləcək-DİQQƏT
Parklanma qaydaları ilə bağlı YENİLİK
DİQQƏT- Sabahdan nağd ödənişlər yığışdırılır
Azərbaycanda telefonla ödəniş istifadəyə verildi
Ödənişli yolda niyə əlavə pul alınır?
Sürücülərə şad xəbər: Cərimələr silindi
Bakıda parkomatların qiyməti dəyişəcək?
Yol hərəkəti ilə bağlı bu cərimələr artırıldı - SİYAHI
“MilliÖn” yeni pulları niyə “tanımır”? - AÇIQLAMA
Bakı-Sumqayıt qatarında YENİLİK: Artıq bank kartları ilə də...
DİQQƏT- 7 min cərimələnə bilərsiniz
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən YENİLİK
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 