Bakıda parkomatlarda avtomobil saxlama qiymətinə yenidən baxılmalıdır.
ONN media xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.
Ə.Hüseynov bildirib ki, parkomatlardakı qiymətlər hökumət tərəfindən müəyyən olunmayıb. Onun sözlərinə görə, ötən il qanunvericiliyə dəyişiklik olundu:
"Nazirlər Kabinetinə tapşırıq verildi ki, parklanma yerlərində qiymətləri müəyyən etsin. Həmin qiymətlər hələki müəyyən olunmayıb. Hazırda tətbiq edilən qiymətləri isə Bakı Şəhər İcra Hakimiyyəti müəyyən edib. Bakıda olan iki parkomat dövlətə məxsusdur, bunlar Qış bulvarının və Azadlıq meydanının altında yerləşən parkomatlardır. Qalan parkomatlar özəldir. Hər halda qiymətlər müəyyən prinsiplər əsasında daha yaxşı tənzimlənməli və sürücülər üçün daha əlçatan və cəlbedici olmalıdır. Parklanmanın əsas mahiyyəti odur ki, şəhərdə dayanma-durma ilə bağlı pozuntular olmasın, tıxaclar yaranmasın. Parkomatların yaradılmasında əsas məqsəd külli miqdarda gəlir əldə etmək deyil".
Ə.Hüseynov bildirib ki, şəhərin bütün parklanma yerləri ödənişli olmamalıdır: "Parklanma yerlərində ilk 15 dəqiqə pulsuz olmalı, şəhərin yerləşməsinə uyğun olaraq fərqli parklanma tarifləri müəyyən edilməlidir, istirahət və bayram günləri isə ödənişsiz və ya cüzi ödənişlə olmalıdır. Dünyanın hər yerində parklanmanın qabaqcadan uzunmüddətli ödənişi həyata keçirilir. Misal üçün 1 aylıq, 6 aylıq və ya 1 illik əvvəlcədən ödəniş edir və həmin müddətdə bütün parklanma yerlərində dayanır. Düzdür, birdəfəlik ödənilən məbləğ bir az çox olur, ancaq gündəlik istifadəni nəzərə aldıqda ödənişlər çox az düşür".



Bakıda parkomatlar yığışdırılır - VİDEO
Taksi sürücülərinin nəzərinə: yeniliklər olacaq
Sürücülərin NƏZƏRİNƏ- Bu gündən...
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Cərimə oluna bilərsiniz
Bakıda parklanma yerləri müəyyən edildi
BNA-dan taksi qiymətləri ilə bağlı - AÇIQLAMA
Ekspert: Avtomobillərdə ucuzlaşma gözlənilir
Parkomatlarda yeni sistem tətbiq edildi- ÖDƏNİŞ BU YOLLA EDİLƏCƏK
DİQQƏT- Sabahdan nağd ödənişlər yığışdırılır
Bakıda bal yarmarkası başladı: qiymətlər necədir?
Avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB?
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 