ONN media xəbər verir ki, aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Öncə ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” Sərəncamından söz açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə belə bir günün təsis edilməsinin Azərbaycan elminə böyük diqqət və qayğının təcəssümü olduğunu vurğulayıb. Akademik hər il martın 27-nin ölkəmizdə “Elm günü” kimi qeyd ediləcəyini deyib.
Sonra akademik Akif Əlizadə akademik Əjdər Məcidov və AMEA-nın müxbir üzvü Qərib Calalova 80 illik, AMEA-nın müxbir üzvü İlham Şahmuradova 60 illik yubileyləri münasibəti ilə AMEA-nın Fəxri Fərmanını təqdim edib. Akademik Akif Əlizadə AMEA-nın müxbir üzvü Misir Mərdanov və professor Ramiz Aslanova isə “AMEA Rəyasət Heyətinin mükafatı” diplomunu təqdim edib.
Daha sonra Rəyasət Heyəti AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının “Yüksək texnologiyalar üçün unikal qeyri-üzvi materiallar olan topoloji izolyatorların sintezində və dizaynında yeni yanaşmalar. Nailiyyətlər və perspektivlər” mövzusunda məruzəsini dinləyib, müzakirə edərək bu sahədə multidissiplinar tədqiqatların koordinasiya edilməsinə dair tapşırıq verib. Həmçinin, bu istiqamətdə beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, magistr və fəlsəfə doktorluğu üzrə kadr hazırlığının gücləndirilməsi qərara alınıb.
Tədbirdə müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-da elmi jurnalların nəşrinin təkmilləşdirilməsi ilə bağlı olub. Akademik Akif Əlizadə bildirib ki, AMEA-da nəşr olunan jurnalların keyfiyyətinin daha da yaxşılaşdırılması, onların müasir tələblərə uyğun tərtibatı, beynəlxalq elmi bazalara çıxışı və beynəlxalq indekslərdə tanıdılması həlli vacib olan məsələlərdəndir. Bu məqsədlə Rəyasət Heyəti AMEA-nın Elmi nəşriyyat şurasına elmi jurnalların nəşrinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanıb təqdim edilməsi ilə bağlı tapşırıq verib.
Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın beynəlxalq elmi bazalarda bibliometrik göstəricilərinin analitik təhlilinin nəticələri haqqında olub. Məsələ ilə bağlı təqdimatla çıxış edən AMEA Rəyasət Heyəti aparatı Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin rəisi Fail Kazımov son illər ölkəmizin elmi reytinqinin həm regional, həm də dünya səviyyəsində artırılması üçün AMEA tərəfindən mühüm tədbirlərin həyata keçirildiyini deyib. Beynəlxalq elmi bazalarla əməkdaşlığın genişləndirilməsi istiqamətində AMEA-nın “Clarivate Analytics” təşkilatı ilə əlaqələrindən söz açıb. Hər iki təşkilat arasında imzalanmış sazişə əsasən AMEA-nın alimlərinin “Web of Science” bazasından istifadə etmək imkanı əldə etdiyini qeyd edib. Hazırda bu bazada AMEA-nın və onun 21 elmi müəssisəsinin vahid profilinin olduğunu deyən F.Kazımov bu profillər vasitəsilə AMEA əməkdaşlarının və elmi müəssisələrinin nəşr aktivliyi, h-indeksi və istinad göstəricilərininin asanlıqla müəyyən edildiyini bildirib.
Müzakirədən sonra Elm və Təhsil İdarəsi tərəfindən hazırlanan AMEA-nın beynəlxalq elmi bazalarda bibliometrik göstəricilərinin analitik təhlilinin nəticələri haqqında hesabatı nəzərə alınıb. Bibliometrik göstəricilərin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, bu göstəricilərin müntəzəm təhlil olunmasına dair tapşırıqlar verilib.
Rəyasət Heyəti tanınmış elm xadimi, mərhum akademik Mahmud Kərimovun 70 illik yubileyi münasibəti ilə beynəlxalq elmi konfransın keçirilməsini də qərara alıb.
Sonra fiziki və riyazi modelləşdirmə üçün Milli Grid infrastrukturunun inkişafı haqqında məsələ müzakirə olunub. Bununla bağlı çıxış edən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov Azərbaycanda ilk dəfə olaraq “Milli GRİD” İnformasiya və Hesablama Mərkəzinin (“Milli GRİD” İHM) 2008-ci ildə yaradıldığını xatırladıb. Bildirib ki, bu istiqamətdə sıx elmi əməkdaşlıq əlaqələri quran AMEA-nın Fizika İnstitutu uzun illərdir CERN və BNTİ ilə birgə elmi-tədqiqat işləri aparır. Alim “Milli GRİD” İHM-in ölkəmizin elm və tədris müəssisələri tərəfindən geniş istifadə edildiyini diqqətə çatdırıb. Akademik təcrübü və nəzəri tədqiqatların riyazi modelləşdirilməsi və hesablama resurslarına olan tələbatın artmasını nəzərə alaraq, Fizika və İnformasiya Texnologiyaları institutlarının mütəxəssisləri tərəfindən Fizika İnstitutundakı 1-ci Milli GRİD seqmentinin təkmilləşdirilməsi və İnformasiya Texnologiyaları İnstitutunda 2-ci Milli GRİD seqmentinin yaradılmasının nəzərdə tutulduğunu deyib. Alim onu da əlavə edib ki, AMEA-da GRİD infrastrukturunun inkişaf etdirilməsi dünya informasiya texnologiyalarının inkişaf tendensiyasına tam uyğundur və adekvat informasiya-hesablama resurslarının mövcudluğunu tələb edən elmi fəaliyyət sahələrinin ehtiyaclarını ödəyə bilər.
İclasda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin vəsatətini nəzərə alaraq, Rəyasət Heyəti Fizika İnstitutunun və İnformasiya Texnologiyaları İnstitutunun “Fiziki və riyazi modelləşdirmə üçün milli GRİD infrastrukturunun inkişafı” Proqramını təsdiq edib. Bu istiqamətdə təşkilati məsələlərin həlli məqsədilə tapşırıq verib.
Sonda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması haqqında qərar verilib.
[inpost_fancy thumb_width="200" thumb_height="200" post_id="31038" thumb_margin_left="0" thumb_margin_bottom="0" thumb_border_radius="2" thumb_shadow="0 1px 4px rgba(0, 0, 0, 0.2)" id="" random="0" group="0" border="" show_in_popup="0" album_cover="" album_cover_width="200" album_cover_height="200" popup_width="800" popup_max_height="600" popup_title="Gallery" type="fancy"]



AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
AMEA prezidenti istefa verdi
Rəyasət Heyətinin növbəti iclası keçirilib
Martın 27-si Azərbaycada “Elm günü” kimi qeyd ediləcək
AMEA-dan Ramiz Mehdiyevlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
AMEA -nın prezidenti Akif Əlizadə medalla təltif edildi
Ramiz Mehdiyevə daha bir vəzifə verildi
Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXSLƏR işdən çıxarıldı və...
Akif Əlizadə bu vəzifəni daşıyacaq
AMEA-da iki vacib təyinat
AMEA-da iki akademik üzvlükdən kənarlaşdırıldı
Şamaxı Rəsədxanasına baş direktor seçildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 