ONN media xəbər verir ki, aprelin 19-da Xaçmazda keçirilən zona müşavirəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan intensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Zona müşavirəsində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından olan fermerlər, ailə-kəndli təsərrüfat sahibləri, iri heyvandarlıq komplekslərinin, istehsal və emal müəssisələrinin nümayəndələri, kənd təsərrüfatı idarələrinin, süni mayalama və baytarlıq idarələrinin mütəxəssisləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Əbdüləliyev heyvandarlığın intensiv texnologiyalar əsasında inkişaf etdirilməsi üçün nəzərdə tutulan tədbirlərin icra vəziyyəti, habelə respublikada heyvandarlıq sahəsinin inkişaf perspektivləri, damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması və etibarlı yem bazasının yaradılması məqsədi ilə həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Müşavirədə heyvandarlıqda yüksək genetik məhsuldarlıq potensialına malik damazlıq qaramalın idxal edilərək lizinqə verilməsi qaydaları və onların saxlanması üçün zoogigiyenik tələblər və balanslaşdırılmış yem rasionunun tərtibi, habelə heyvandarlıqda süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar edilib. Bununla yanaşı, heyvanlar üzrə yem rasionunun və ayrı-ayrı yem bitkiləri üzrə əkin sahələrinə olan tələbatın hesablanmasına dair məlumatlar müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində regionda fəaliyyət göstərən iri heyvandarlıq komplekslərinin və emal müəssisələrinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yolları müzakirə edilib. Ailə-kəndli təsərrüfatlarının sahiblərini və mütəxəssisləri maraqlandıran suallar ətraflı cavablandırılaraq qarşılıqlı fikir mübadiləsi aparılıb.
Zona müşavirəsində Respublika Süni Mayalama Mərkəzində çalışan beynəlxalq məsləhətçinin iştirakı ilə müasir quruluşlu mobil laboratoriya, xüsusi təyinatlı maye azot daşıyan avtomobil və digər avadanlıqlar da nümayiş etdirilib.
Müşavirənin sonunda rayon kənd təsərrüfatı idarələrinin heyvandarlıq sektorunun mütəxəssislərinin “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində heyvanların qeydiyyatının aparılması üzrə bacarıqlarının artırılması məqsədi ilə məşq və təlim keçirilib.



Göyçay rayonunda zona müşavirəsi keçirilib
İran “Delta” ştammına görə qaydaları sərtləşdirdi
Saatlıda pambıqçılıqla əlaqəli növbəti müşavirə keçirilib
Yevlax rayonunda "Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili"nə dair müşavirə keçirilib
Baş nazirdən yeni qərar
Masallıda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi keçirilib
Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
Azərbaycanda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib
Məktəblilərə süd paylanılmasına başlanılıb
Pambıqçılığa həsr olunmuş iclas keçirilib
İnam Kərimovun Tərtər rayonunda sakinlərlə nəzərdə tutulan görüş təxirə salındı
Kənd təsərrüfatının ümumi məhsulunun dəyəri açıqlandı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 