ONN media xəbər verir ki, 2018-ci ilin mart ayının 16-da Göyçay rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan “İntensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi” və digər məsələlərlə əlaqədar Göyçay, Kürdəmir, Ucar, Ağdaş, Zərdab, İsmayıllı və Ağsu rayonlarından olan mütəxəssislərin, fermerlərin və ailə-kəndli təsərrüfatı sahiblərinin iştirakı ilə zona müşavirəsi keçirilib.
Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndən irəli gələn vəzifələr və nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə, habelə respublikada heyvandarlıq sahəsinin inkişaf perspektivləri, heyvandarlıqda intensiv metodların tətbiqi və damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər və görülən digər işlər barədə ətraflı məlumat verib.
Zona müşavirəsində heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, möhkəm yem bazasının yaradılması yolları və heyvandarlıqda süni mayalanmanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar olub. Heyvandarlığın inkişafı şöbəsində hazırlanan “Təsərrüfatda mövcud olan heyvanlar üzrə yem rasionunun hesablanması və ayrı-ayrı yem bitkiləri üzrə əkin sahələrinə olan tələbatın hesablanmasına dair metodik göstəriş” barədə müşavirə iştirakçılarına məlumat verilib.
Müşavirədə həmin rayonlarda fəaliyyət göstərən iri heyvandarlıq komplekslərinin və emal müəssisələrinin qarşılaşdıqları çətinliklər və bunların aradan qaldırılması yolları müzakirə edilib, ailə-kəndli təsərrüfatlarının sahiblərini və mütəxəssisləri maraqlandıran suallar ətraflı cavablandırılaraq qarşılıqlı fikir mübadiləsi aparılıb.
Həmçinin “Respublika Süni Mayalanma Mərkəzi”ndə çalışan beynəlxalq məsləhətçinin iştirakı ilə müasir quruluşlu mobil laboratoriya, xüsusi təyinatlı maye azot daşıyan avtomobil və digər avadanlıqlar nümayiş edilib.
Müşavirənin sonunda rayon kənd təsərrüfatı idarələrinin heyvandarlıq sektorunun mütəxəssisləri üçün Göyçay rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində heyvanların qeydiyyatının aparılmasına dair təlim keçirilib.



Xaçmazda zona müşavirəsi keçirilib
Azərbaycanda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib
Kənd təsərrüfatı naziri sakinlərlə görüşəcək
Baş nazirdən yeni qərar
Dövlət Xidməti ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasında anlaşma memorandumu imzalanıb
Şəkidə elmi - praktiki seminar keçirilib
Məktəblilərə süd paylanılmasına başlanılıb
Qarölçmə işləri Kiçik Qafqazın Zəyəmçay hövzəsində davam etdirilir
Yevlax rayonunda "Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili"nə dair müşavirə keçirilib
Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam etdirilir
Prezident sərəncam imzaladı - 40 milyon manat ayrıldı
İnam Kərimovun Tərtər rayonunda sakinlərlə nəzərdə tutulan görüş təxirə salındı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 