Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehran şəhərində fars dilində nəşr olunub.
ONN media xəbər verir ki, divan “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin “Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” devizi altında bir neçə ildir həyata keçirdiyi layihələr çərçivəsində Tehranın məşhur Mobini-Əndişə yayım evinin Nevis mətbəəsində nəfis tərtibatda farsdilli oxucuların görüşünə gəlib. “Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” layihəsinin rəhbəri yazıçı-publisist Sona Vəliyevanın təşəbbüsü ilə indiyədək İranda və Türkiyədə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Peyğəmbər”, “Topal Teymur”, “Şeyx Sənan”, “Maral” əsərləri, “Cavid xəzinəsindən” adlı toplu, bundan başqa, bir çox xarici ölkə və keçmiş sovet respublikalarında müasir şair və yazıçılarımızın ən maraqlı yaradıcılıq nümunələri tərcümə olunaraq oxuculara təqdim edilib.
“Dünya yuxutək əriyir...” divanı bəhs olunan layihənin fars dilinə tərcümə edilmiş və nəfis nəşri təmin olunmuş növbəti uğurlu addımıdır. Leyla Əliyevanın yüksək dünyagörüşünü, daxili aləminin ecazkar zənginliyini, nadir poetik yaradıcılıq üslubunu, qəlbində köklənən sönməz ədalət hissini və duyğularını tərənnüm edən şeirlər fars dilinə görkəmli tərcüməçi-şair Əkbər Əlyar Həmidi və tanınmış şairə, yazıçı-publisist Süsən Nəvadə Rəzi tərəfindən peşəkarlıqla tərcümə olunaraq divana daxil edilib.



Leyla Əliyevanın kitabı Londonda nəşr olundu
Leyla Əliyevanın doğum günüdür
Leyla Əliyevanın təşəbbüsü ilə bu ailələrə yardım edildi
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib
Leyla Əliyevanın "Sevgi" kitabının təqdimatı oldu
Əcnəbi rəsmilər Hüseyn Cavidə görə toplaşacaq
Leyla Əliyeva bu tələbələrə təqaüd verəcək
Leyla Əliyeva səhhəti pisləşən xalq artistinə BÖYÜK JEST
Leyla Əliyevanın şeiri Kamal Abdullanın tərcüməsində
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr edildi
Ramil Əhmədin kitabı Türkiyədə nəşr edildi
Heydər Əliyev Cavidi qaytarmaqla... – Sona Vəliyeva
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 