Energetika Nazirliyinin mətbuat xidmətindən Zəminə Əliyeva ONN media-ya bildirib ki, Energetika Nazirliyində energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyası ilə bağlı Avropa İttifaqının ekspertləri və “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC və SOCAR-ın nümayəndələrinin iştirakı ilə seminar keçirilib. Energetika nazirinin müavini Samir Vəliyev kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsində energetika sektorunda islahatlarla bağlı əksini tapmış tədbirlərin həyata keçirilməsi üçün müvafiq strateji əhəmiyyətli sənədlərin hazırlanmasının vacibliyindən danışıb. Bildirilib ki, bu məqsədlə strateji sənədlərin hazırlanması metodologiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsinə ehtiyac vardır.
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirən qurumun Azərbaycandakı səfiri Kestutis Yankauskas isə son vaxtlar “EU4Energy” Proqramı çərçivəsində Beynəlxalq Enerji Xartiyasının texniki dəstəyi ilə həyata keçirilən layihələrdən bəhs edib. Səfir “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin ardınca energetika sektorunda digər strateji xarakterli sənədlərin hazırlanmasına da texniki dəstək göstərməyə hazır olduqlarını bildirib.
Sonra qurumun ekspertləri tərəfindən strateji sənədlərin hazırlanması metodologiyasından bəhs edən təqdimatla çıxış ediblər.
Tədbirdə həmçinin hazırlanmış sənədlərin, qanun layihələrinin Avropa ittifaqında mövcud ictimai məsləhətləşmə mexanizmləri barədə də fikir mübadiləsi aparılıb.



Uzunmüddətli Enerji Strategiyasının hazırlanması ilə bağlı müzakirələr aparıldı
Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb
Energetika Nazirliyində bu məsələlər müzakirə edilib
Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə Strateji Yol Xəritəsi üzrə müzakirələr aparılıb
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə energetika sektorunda islahatlara dəstək məsələsi müzakirə edilib
Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub - FOTO
İlham Əliyev rumıniyalı naziri qəbul etdi - YENİLƏNİB
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Energetika Nazirliyi ilə Equinor arasında Anlaşma Memorandumu imzalanıb
Strateji yol xəritəsi üzrə işçi qrup və alt qruplarının iclasları keçirilib
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Energetika naziri “Afrika İttifaqı Komissiyası”nın komissarı ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 