Energetika Nazirliyində Azərbaycan və Qazaxıstan arasında yaradılmış işçi qruplarının ilk iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla Qazaxıstanın energetika nazirinin müavini Bolat Akçulakovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə işçi qruplarının iclasında müzakirə edilmiş məsələlər nəzərdən keçirilib. Qazaxıstanın neft, neft məhsulları və qazının Azərbaycan vasitəsilə nəqli perspektivləri və həyata keçiriləcək tədbirlər müzakirə edilib.
Nazirlikdən ONN media -ya bildiriblər ki, Energetika naziri Pərviz Şahbazov Hökumətlərarası Komissiyanın 14-cü iclası çərçivəsində qəbul edilmiş, 2018-2020-ci illərdə Azərbaycan və Qazaxıstan arasında bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsü üzrə Yol Xəritəsinin icrasına toxunub və ticarət dövriyyəsinin artımını görülən işlərin nəticəsi kimi qiymətləndirib. Nazir yanacaq-energetika sahəsində əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğunu və bugünkü müzakirələrlə ilk addımların atıldığını bildirib.
Qazaxıstanın karbohidrogen ehtiyatları, mövcud hasilat həcmləri və qazlaşdırma istiqamətindəki işlər barədə ətraflı məlumat verən qonaq isə deyib ki, “Kaşaqan” yatağından hasil olunan neftin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır.
Görüşdə energetika sahəsində gələcək əməkdaşlıq üçün bir sıra yeni təkliflər irəli sürülüb. Bu təkliflərin müvafiq qurumlarla öyrənilməsi tövsiyə edilib. Bundan başqa Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Astanada keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.



Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib
Energetika naziri Qazaxıstanda bir sıra görüşlər keçirib
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Azərbaycanın energetika naziri İranda səfərdə olub
Energetika naziri Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Pərviz Şahbazov 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib
Azərbaycanın energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 