ONN media xəbər verir ki, aprel ayının 24-də JW Marriot Abşeron Bakı mehmanxanasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandalıq Nazirliyinin, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə FAO-nun “GCP/AZE/006/TUR: Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsinin yekun seminarı keçirilib.
Yekun seminarda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini Seymur Səfərli qeyd edib ki, 2015-ci il yanvarın 1-də icrasına başlanılan layihə cari ilin aprelin 30-da yekunlaşacaq. Sözügedən layihə FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində Türkiyə tərəfindən maliyyələşdirilib. Bu layihənin məqsədi ekoloji təmiz kənd təsərrüfatı məhsul istehsalının təşviq edilməsi, təbii ehtiyatların və ətraf mühitin qorunub saxlanması ilə davamlı istifadəsinə nail olmaqla, ölkədə ekoloji təmiz məhsul istehsalı metodlarını yaymaqdır.
Nəzərə çatdırılıb ki, layihənin əsas hədəflərindən biri də Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafına təkan vermək, bu sahədə mövcud qanunvericiliyin, hüquqi bazanın formalaşdırlamasının, müvafiq milli strategiyanın hazırlanmasından ibarətdir. “Bu sahədə əhalinin ekoloji təmiz qida ilə təmin edilməsi də başlıca amillərdən sayılır. Belə ki, son dövrlərdə həmin sahədə zəruri tədbirlər həyata keçirilib, Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə əlaqadar “Strateji Yol Xəritəsi”ndə də ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən biri kimi qeyd edilib və bu istiqamətdə müəyyən fəaliyyətə başlanılıb. Ümumilikdə isə, orqanik məhsullar sağlam qida ilə zəngin olmaqla yanaşı, fermerlərin öz məhsullarını xarici bazarlara çıxışını da asanlaşdırır”.
FAO-nun orqanik kənd təsərrüfatı üzrə beynəlxalq məsləhətçisi xanım Uygun Aksoy dünyada və Azərbaycanda orqanik kənd təsərrüfatının mövcud vəziyyəti, Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafının mümkün istiqamətləri və hazırlanmış standartlar barəsində təqdimatlar edib.
FAO-nun milli məsləhətçiləri Yaqub Quliyev layihənin məqsədləri və əldə edilmiş nəticələr, potensialın artırılması və maarifləndirmə fəaliyyətləri haqqında, Məhəmməd Quluzadə Orqanik Kənd Təsərrüfatı haqqında qanun, Həzi Eynalov orqanik məhsullar üçün daxili və ixrac bazarlarının inkişafı barəsində iştirakçılara geniş məlumat veriblər.
Həmçinin Türkiyənin Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin nümayəndəsi Ayhan Baran orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyi, həmin məhsullara beynəlxalq sertifikatların verilməsi və bu sahədə Türkiyə təcrübəsindən söz açıb.
Semanarda bildirilib ki, ənənəvi kənd təsərrüfatı ilə müqayisədə orqanik kənd təsərrüfatı ətraf mühitin qorunması və keyfiyyətli məhsul istehsalı ilə daha çox gəlir yaratmaq üstünlüyündən başqa torpağın keyfiyyətini yaxşılaşdırmaqla məhsuldarlığın tədricən artırılmasına da töhfə verir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb



Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini- AMAL-ı təqdim etdi
Giləmeyvə yığımına məhdudiyyət qoyulur?
FAO Azərbaycanda 4 milyonluq layihəyə başlayır
Baş nazirdən yeni qərar
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə startaplara dəstək verəcək
Aqrar Xidmətlər Agentliyində yeni TƏYİNAT
Azərbaycan və Türkiyə nazirləri Qarabağa getdi
Dövlət Xidməti ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasında anlaşma memorandumu imzalanıb
Azərbaycanda arıçılıqla bağlı layihəyə 1 milyon manat ayrılacaq
Azərbaycanda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib
Gürcüstanın daha bir naziri Azərbaycana gəlir
Nazirliyə məxsus şirkət adını və formasını dəyişir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 