“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova qardaş Qazaxıstan və Türkiyədən, eləcə də doğma Kərkükdən (İraq) olan bir qrup aydınla görüşüb.
ONN media xəbər verir ki, könül süfrəsi ortamında keçirilən görüşdə həmçinin Azərbaycandan olan bir qrup tanınmış aydın, vətəndaş cəmiyyəti institutlarının başçıları iştirak edib.
İmzası Azərbaycanda, Türk dünyasında yaxşı tanınan aydınlar – Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü, Senatın Beynəlxalq münasibətlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin katibi, akademik Darxan Kıdırali (Qazaxıstan), Türkiyənin tanınmış araşdırmaçı-yazarı, təhlükəsizlik eksperti Abdullah Ağar və Kərkükün, ümumən İraq-Türkman ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi Şəmsəddin Kuzəçi ilə görüş, Türk dünyasının yaxın keçmişi, bugünü və gələcəyi ilə bağlı maraqlı mükalimələr, sual-cavablarla süslənib.
RHİMİB-in fəaliyyətinə yaxından bələd olduqlarınl bildirən aydınlar, birliyin öz adına, mandatına uyğun, səmərəli çalışmalarını təqdir edib, RHİMİB timsalında Azərbaycanın bütün konstruktiv mövqeli vətəndaş cəmiyyəti instututlarına yeni uğurlar diləyiblər.
Sonra, “Yeni Müsavat” Media Qrupunun qurucu-baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğlu, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, “Türküstan Qəzeti”nin qurucu-baş redaktoru Aqil Camal, “TURAN – Araşdırmalar Mərkəzi”nin başqanı, araşdırmaçı-yazar Cavid Ə. İsmayıl, “Qafqaz TV”nin və “ÇÖLÇÜ- Milli Mədəni İrsin İnkişafı” İctimai Birliyinin başqanı Eltən Törəçi, Dünya Gənc Tqrk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, iş adamları Fərhad Cegil, Nizami İbrahimov öz ürək sözlərini bölüşüb.
Türk dünyası aydınları və konstruktiv mövqeli vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələrə, səmərəli işbirliyinə önəm verən RHİMİB-in bu görüşü COP29-dan sonra və Yeni təqvim ili ərəfəsində keçirilməsi ilə də xüsusi məna daşıyır. “Yaşıl dünya naminə həmrəylik İli” və Şuşanın İslam dünyasının Mədəniyyət paytaxtı statusu daşıdığı ildə həm hesabatlılıq, həm də gələcəkyönümlü fikir alış-verişi hər kəsi məmnun edir. – Bu yöndə danışan RHİMİB sədri Arzu Bağırova, ictimai-mədəni, elmi və maarifləndirici əməkdaşlıq sahəsində xidmətlərinə görə akademik Darxan Kıdırali (Qazaxıstan), araşdırmaçı-yazarlar Abdullah Ağar (Türkiyə) və Şəmsəddin Kuzəçini (Kərkük) RHİMİB-in özəl hazırlanmış plaketləri ilə təltif edib, onlara yeni uğurlar arzulayıb.
Akademik Darxan Kıdırali öz yeni kitabını Arzu Bağırova üçün imzalayıb.
Həmçinin İntiqam Yaşar Darxan Kıdıraliyə “DGTYB -25” yubiley medalını, Şəmsəddin Kuzəçi isə Aqil Camala Kərkük Kültür Vəqfinin “Fəxri Fərman”ını təqdim edib.
Görüşdə RHİMİB-in sədr müavini Nilufər Lətif və koordinatoru Gülər Kazımova iştirak edib









Qənirə Paşayevaya fəxri diplom verildi
Qənirə Paşayeva bir qrup qazi və şəhid valideynləri ilə görüşüb - FOTOLAR
Qazaxıstanda partiyanın siyasi bürosunda dəyişiklik edilir?
Sahibə Qafarova Qazaxıstana getdi
Əli Həsənov:“Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsində Qazaxıstanda ümummilli həmrəylik var”
Tokayev Qazaxıstan Prezidenti vəzifəsinin icrasına başlayıb
Türkiyə-Qazaxıstan münasibətləri strateji ortaqlıq səviyyəsinə yüksəldi
Astanada Ümumdünya Türkoloji Konqresi keçiriləcək - FOTO
Akbota Mussabayeva AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət etdi
Qırğız prezidenti Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
Türk şəhərlərinin nümayəndələri Şuşada toplandı
Çavuşoğludan Qazaxıstan açıqlaması
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 