“Son günlər Rusiya ərazisində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən qeyri-qanuni, qəddar və alçaldıcı davranışlar, hamı kimi, məni də dərindən sarsıtdı və qəzəbləndirdi. Bu hadisələr təkcə hüququn pozulması deyil, həm də mənsub olduğum millətə qarşı açıq-aşkar hörmətsizlik, insan ləyaqətinə zidd olan vəhşilik nümunəsidir”.
ONN media “AzPolitika”-a istinadla xəbər verir ki, bunları Milli Məclisin komitə sədri Sadiq Qurbanov son günlər Rusiyada azərbaycanılara qarşı artan təzyiqlərlə bağlı danışarkən dilə gətirib.
O, bildirib ki, Ziyəddin və Hüseyn Səfərov qardaşlarının Yekaterinburqda öldürülməsi, digər azərbaycanlıların isə döyülməsi, işgəncə görməsi, ailələrinin qorxu içində saxlanması – bunlar “cinayətkarla mübarizə” adı altında gizlədilən etnik ayrı-seçkilikdir. “Daha dəhşətlisi odur ki, Rusiya tərəfinin bəzi rəsmiləri bu hadisəni sadə bir “əməliyyat” kimi qələmə verir, yaxud da heç bir izah vermədən susmağa üstünlük verirlər. Bu isə açıq şəkildə vəziyyətə müdafiəkar və məsuliyyətsiz yanaşmadır. Bəzi rusiyalı rəsmilər – guya hüquqi dövlət təmsilçiləri – bu hadisələri “təhlükəsizliyin təminatı” kimi təqdim edir, sanki azərbaycanlı olmaq artıq təhlükədir. Bu hansı məntiqə sığır? Hüququn aliliyi adı altında bir xalqı hədəfə almaq, onun fərdlərinə qarşı zorakılıq tətbiq etmək hansı müasir dövlətdə qəbul edilə bilər? Mən Rusiya hüquq-mühafizə orqanlarının bu məsələdə nümayiş etdirdiyi selektiv və vəhşi davranışları qətiyyətlə pisləyirəm. Bu, nə dostluğa, nə qonşuluğa, nə də beynəlxalq norma və konvensiyalara uyğundur”.
S.Qurbanov qeyd edib ki, onu daha çox qəzəbləndirən hadisənin ardınca gələn açıqlamalar və ikili standartdır. “Əgər bu cür zorakılıq hansısa başqa xalqın nümayəndələrinə qarşı baş versəydi, çox güman ki, Rusiya ictimaiyyəti və beynəlxalq KİV ayağa qalxardı. Amma bu gün azərbaycanlılara qarşı edilən vəhşiliklərə qarşı ya səssizlik var, ya da hadisə “fərdi hal” kimi təqdim edilir. Halbuki, bu, sistemli və təhlükəli bir tendensiyanın göstəricisidir. Mən bir azərbaycanlı kimi qürur duyuram ki, mənim dövlətim – Azərbaycan və onun rəhbərliyi vətəndaşlarını, harada yaşamasından asılı olmayaraq, müdafiə edir. Xarici İşlər Nazirliyimizin dərhal reaksiya verməsi, dövlət qurumlarımızın lazımi diplomatik addımları atması məni bir qədər olsun rahatlatdı.
Amma mənim üçün əsas məsələ – xalqımızın bu məsələyə biganə qalmamasıdır. Bu, təkcə Yekaterinburqda yaşayan bir neçə azərbaycanlının problemi deyil. Bu, bütün bir xalqın ləyaqətinə toxunulmasıdır. Və bu toxunuşa susmaq – sabah özümüzə qarşı ediləcək haqsızlığa qapı açmaqdır”.
“Bu hadisələr fonunda biz bir daha sübut etdik ki, azərbaycanlı olaraq harada yaşamağımızdan asılı olmayaraq, bir yumruq kimi birləşməliyik. Təxribatlara uymamalı, emosional deyil, ağıllı və milli maraqlara söykənən davranış ortaya qoymalıyıq. Və hər şeydən önəmlisi Prezidentimizin ətrafında sıx dayanmalıyıq. Çünki bu gün bir xalqın mübarizəsini yalnız ordu deyil, həm də milli həmrəylik və dövlətə inam qazanır”, - komitə sədri fikrini yekunlaşdırıb



Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Bu deputatlara maşın verilir - Siyahı
Siyavuş Novruzovla bağlı Milli Məclis rəhbərliyindən VACİB AÇIQLAMA
Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Sülhməramlılardan vəhşilik- Jurnalistlərə...
Xaçpərəstlərin hüquqi ittifaqı yenə öz ampluasındadır
Milli Məclisin komitə sədri şəhid ailələri ilə görüşüb
Deputatlar toplandı - Səkkiz bəndlik sənəd təsdiqləndi
“İMPERİYA MƏFKURƏSİNİN TƏSİRİ ALTINDA QALANLAR...” – Milli Məclisin komitə sədri
Deputatların maaşları artırıldı
Haaqa Məhkəməsi BU GÜN Ermənistanla bağlı QƏRAR VERƏCƏK
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 