Yay mövsümündə çimərliklər və dəniz kənarı ərazilər insanların istirahət üçün ən çox üz tutduğu məkanlardan biridir. Havanın isti, günəşin parlaq olduğu günlərdə aclıq hissi daha tez yaranır. Bu səbəbdən bir çoxları çimərliyə yemək və içki götürməyi üstün tutur. Lakin bəzi məhsullar var ki, onları gün altında saxlamaq sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
ONN media Yenisabah.az-a istinadən xəbər verir ki, araşdırmalar yüksək temperaturda saxlanılan bəzi qidaların qısa müddət ərzində xarab olduğunu və nəticədə zəhərlənmə, ishal, qusma və digər mədə-bağırsaq problemləri yarana bildiyini göstərir. Bu isə istirahəti kabusa çevirə bilər.
Bəs isti havada ən tez hansı məhsullar xarab olur?
Mütəxəssislərin sözlərinə görə, ən riskli qida qrupuna süd və yumurta tərkibli məhsullar daxildir. Buraya mayonezli salatlar, südlü içkilər, qatıq, pendir və kremlə hazırlanan şirniyyatlar aiddir. Bu məhsullar soyuducu olmadan bir neçə saat ərzində təhlükəli hala gəlir.
Eyni risk bişmiş ət, toyuq, kolbasa, kabab və digər ət məhsulları üçün də keçərlidir. Xüsusilə açıq qablaşdırmada saxlanılan bu qidalar yüksək temperaturda zərərli bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır.
Qarpız və yemiş də təhlükəlidir: Yayda ən çox yeyilən meyvələrdən olan qarpız və yemiş də sağlamlıq baxımından təhlükə yarada bilər. Bu meyvələr kəsildikdən sonra isti mühitdə saxlanarsa, onların içində bakteriyalar sürətlə yayılır. Qarpız və yemişin şəkər tərkibinin yüksək olması mikrobların çoxalmasını daha da sürətləndirir.
Konservlər və dəniz məhsulları risk daşıyır: Çimərliyə aparılan balıq konservləri və dəniz məhsulları da zəhərlənmə riski yarada bilər. Bu məhsullar günəş şüalarına məruz qalarsa və düzgün şəraitdə saxlanmazsa, içindəki qoruyucu qatlar zərər görür və zərərli bakteriyalar yaranır. Konservlərin açıq halda saxlanılması isə yoluxma ehtimalını daha da artırır.
Çimərliyə hansı qidaları aparmaq olar?
Mütəxəssislər bildirirlər ki, çimərlik şəraitinə uyğun yüngül, tez xarab olmayan və soyuducuya ehtiyac duymayan məhsullar seçilməlidir. Bunlara aşağıdakılar daxildir:
Qabığı soyulmamış meyvələr (alma, banan, ərik və s.)
Quru meyvə və tumlar
Soussuz sendviçlər (pendirli və ya tərəvəzli)
Quru məhsullar - biskvit, kraker, simit
Termosda saxlanmış içkilər (su, çay və s.)
Yoluxucu xəstəlik riski
Qeyd edək ki, isti havada xarab olmuş qidaların istehlakı ishal, qusma, qarın ağrısı və halsızlıq kimi simptomlara səbəb olur. Bu əlamətlər bəzən günvurma ilə qarışdırılsa da, əslində qida zəhərlənməsinin nəticəsidir və bəzi hallarda tibbi müdaxilə tələb olunur



Bu salatları çox saxlamaq olmaz
Tez-tez acmaq, daim yemək istəmək: Ciddi səbəblər ÜZƏ ÇIXDI
Salatlarla bağlı bilmədikləriniz- BÖYÜK TƏHLÜKƏ
Xərçəngə səbəb olan 4 növ məhsul
DİQQƏT- Bu məhsulları soyuducuda saxlamayın
Yumurtanın düzgün saxlanılma qaydası
Qazlı içkilərlə bağlı mütəxəssisdən TÖVSİYƏ
Səhiyyə Nazirliyindən çimərliklərə gedənlərə XƏBƏRDARLIQ
Toyuq dönəri yeyənləri gözləyən TƏHLÜKƏ
İştahı necə azaltmaq olar?
Səhər yeməyində hansı qidalara üstünlük verilməlidir?
Günvurmadan qorunmaq üçün nə etməliyik?
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
İstidə avtomobildə qoyulmamalı 10 ƏŞYA - Təhlükə ciddidir
Ronaldo ABŞ-dadır
76 yaşlı kişi yıxılaraq ölüb
Kondisioner xəstə edir? - Yayda düzgün istifadə qaydaları açıqlanır
Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı
"Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı reaksiya
Sabah hava necə olacaq?
Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Əmrullayev bu şəhərdə "Son zəng" mərasiminə qatıldı
İsti havalarda nə qədər su içməliyik?
DÇ-2026: Daha 4 mühüm oyun, Türkiyə də var
Əli Əsədov yeni qərar imzaladı
Azərbaycanda güclü zəlzələ: Dağıntı var? 