Arabaçı Əlillər Şəbəkəsi" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Əlilliyi olan şəxslərin sosial adaptasiyası" adlı layihə çərçivəsində növbəti ictimai tədbir baş tutub.
Tədbiri giriş sözü ilə "Arabaçı Əlillər Şəbəkəsi" İctimai Birliyinin sədri Ruhin Cəfərov açıq elan edib. O, çıxışında əlilliyi olan şəxslərin cəmiyyətə bərabər şəkildə inteqrasiyasının vacibliyini vurğulayıb və bu layihənin məqsədinin məhz bu prosesi dəstəkləmək olduğunu qeyd edib.
Tədbirdə bir sıra tanınmış şəxslər çıxış ediblər. Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova reabilitasiya və məşğulluq imkanları ilə bağlı məlumat verib. İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, QHT.AZ xəbər agentliyinin rəhbəri Cəsarət Hüseynzadə ictimai rəyin formalaşmasında medianın rolundan danışıb. Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi İctimai Birliyinin sədri Aydın Xəlilov inklüzivlik sahəsindəki şəxsi təcrübələrini bölüşüb və cəmiyyətin yanaşma tərzinin dəyişməsinin vacibliyini vurğulayıb. İctimai Televiziyanın əməkdaşı, fəal gənc Orxan Əliyev əlilliyi olan şəxslərin səsi olmaq üçün medianın daha aktiv rol oynamalı olduğunu bildirib. Inclusive Organization Company-nin təsisçisi və rəhbəri İbrahim Məmmədov isə öz təşkilatının həyata keçirdiyi inklüziv layihələr barədə danışıb.
Tədbirin sonunda layihədə fəal iştirak edən iştirakçılara və tərəfdaşlara sertifikatlar təqdim olunub, daha sonra iştirakçılar arasında ünsiyyət və fikir mübadiləsi üçün coffee break təşkil edilib.
Bu tədbir, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını təşviq edən praktiki addımların atılması və bu mövzuda ictimaiyyətin maarifləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.
#Əlillikləİnteqrasiya #İnklüzivCəmiyyət #SosialAdaptasiya
#QHTAgentliyi #RuhinCəfərov #BirlikdəGüclüyük #ƏlilliyiOlanŞəxslər



"Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə başa çatıb
"Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə üzrə ilk tədbir həyata keçirilib
İlham Əliyev sərəncam imzaladı
Nazirlər Kabinetindən əlilliyi olan şəxslərlə bağlı YENİ QƏRAR
Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun təsdiqləndi
“Şah Quba” istirahət mərkəzində şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirildi
“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi öz missiyasını Kürdəmir rayonunda icra edib
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
"Avropa mediasında feyk məlumatlara qarşı mübarizə” layihəsi çərçivəsində təlimlər keçirilib - FOTOLAR
Baş nazir əlillərlə bağlı yeni qaydaları təsdiqlədi
Yeni normalar təsdiqləndi: BUNDAN SONRA...
Sabirabad rayonunda “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi öz missiyasını icra edib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 