Bakıda tramvay xətlərinin yenidən çəkilməsi ictimai nəqliyyatın gücləndirilməsi və avtomobil yollarında yüklənmənin azaldılması baxımından effektiv addımdır.Tramvaylar maneəsiz hərəkət etdiyindən daha çox sərnişin daşımaq imkanına malikdir və bu xüsusiyyət avtomobil istifadəsinin azalmasına müsbət təsir göstərə bilər.
Bu sözləri açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıda tramvay xətlərinin tətbiqi perspektivlərindən danışarkən deyib.
Ekspert bildirib ki, hazırda Bakının ictimai nəqliyyat sistemi əsasən avtobus və metrodan ibarətdir, dəmir yolu və taksi isə köməkçi rol oynayır. Onun fikrincə, tramvayların yenidən paytaxt nəqliyyatına qaytarılması bu sistemi daha da gücləndirəcək və şaxələndirəcək:
“Avtobus, metro və tramvaydan ibarət nəqliyyat üçbucağı formalaşacaq. Müasir tramvaylar sovet dövründəki nümunələrdən köklü şəkildə fərqlənməlidir.Yeni tramvaylar daha səssiz, daha effektiv və daha sürətli olmalıdır. Bakı kimi böyük və sıx şəhər üçün tramvay kifayət qədər effektiv nəqliyyat növüdür. Əsas şərt tramvay xətlərinin avtomobil yolları ilə kəsişməsinin minimuma endirilməsi və onun ayrıca zolaqla hərəkət etməsidir”.
O əlavə edib ki, tramvay xətlərinin salınması yol infrastrukturunda müəyyən dəyişikliklər tələb etsə də, bu, risk və ya çətinlik deyil, sadəcə layihənin icrası üçün zəruri olan mərhələlərdir.
Qeyd edək ki, Mehdiabad qəsəbəsindən “28 May” metrostansiyasına qədər tramvay xəttinin tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi artıq hazırlanıb və hazırda layihələndirmə işləri həyata keçirilir.



Bakının bu ərazilərində tramvaylar işləyə bilər - AÇIQLAMA
Bakının simvolu olan tramvaylar yenidən bərpa olunacaq - VİDEO
Bu ərazidən tramvay xətti keçəcək
Bakıda yeni nəqliyyat növləri yaradılacaq
Bakıda relssiz tramvay xətləri olacaq
Bakıda tramvay xətləri çəkiləcək - Ərazilər müəyyənləşir
Bakının tramvay keçəcək əraziləri - SİYAHI - RƏSMİ
Taksilərlə bağlı daha bir məlumat
İzmirdə nəqliyyat iflic oldu: tətil gedir
Bakıda bu küçələrdən tramvay xətti keçəcək
Bakıda metrobuslar fəaliyyətə başlaya bilər - YENİLİK
Bakıda yeni açılacaq stansiyalarla bağlı VACİB AÇIQLAMA
Kömür mədəni uçdu- ÖLƏNLƏR VAR
İrana yeni səfir təyin olundu
Bakının mərkəzində yol çökdü
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
Bu şəxslər hərbi xidmətə çağırılmayacaq
Neftimizin qiyməti 95 dollara düşüb
Messi 117-ci qolunu vurdu - 911-ci dəfə fərqləndi
Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı
Bu həblər xərçəng yaradır - Ekspertdən xəbərdarlıq
Xəzər dənizində zəlzələ oldu
Həkimdən günəş yanığı ilə bağlı xəbərdarlıq
Bakıda taksi xidməti kəskin bahalaşdı
Formula 1 üçün nə qədər vəsait ayrılıb?
Sabahın havası açıqlandı
Bərdədə hərbiçimiz faciəvi şəkildə həlak oldu 