ONN media xəbər verir ki, ölkə başçısınin tapşırığı ilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi layihə əsasında tikilmiş və cənab prezidentin iştirakı ilə ötən ilin sonlarında açılışı olmuş İdman və İstirahət parkı artıq nəinki rayon sakinləri, eləcə də şəhərimizin digər yerlərində yaşayanların sevimli istirahət yerinə çevrilməkdədir.
20-ci yaşayış sahəsi, Su İdmanı sarayı ilə üzbəüz 1,7 ha ərazidə yerləşən bu parkda 2 ədəd basketbol, 1 həndbol və mini fulbol meydançaları, açıq havada məşq etmək üçün müxtəlif idman trenajorları qurulub, ekstremal idman növlərini sevən uşaq və yeniyetmələr üçün döşəməsinə xüsusi material vurulan skeytbordinq meydançası düzəldilib və gənc ekstremallar buraya gəlirlər. Burada istər gənclər, istərsə də yaşlı nəsil nümayəndələri fəal məşq edirlər.
Yaxınlıqdaki məktəblərin kollektivləri bu parkda idmanın müxtəlif növləri üzrə yarışlara çıxırlar. Belə ki, burada basketbol, həndbol, voleybol, mini futbol və s. idman növləri üzrə yarışlar keçirməyə və məşq etməyə, ən əsası isə öz sağlamlıqlarını möhkəmləndirmək üçün idmanla məşğul olmağa hər cür şərait yaradılıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar parkda Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kütləvi idman yarışları keçirilib. Yarışlar çərçivəsində 16 orta məktəbin komandası mini futbol üzrə turnirdə iştirak etmiş, turnirin qalibi 49 №-li “İntellekt”məktəb-liseyin komandası olmuşdur. 2-ci yerə 6 №-li məktəbin, 3-cü yerə isə 91 №-li məktəbin komandası çıxmışdır. Qaliblərə və mükafatçılara kubok və fəxri fərmanlar təqdim olunmuşdur.
Gələcəkdə də bu İdman Kompleksində kütləvi və fərdi yarışların keçirilməsi nəzərdə tutulmuşdur.



Prezidentlə xanımı parkda
Prezident yeni məşq binasında
Tərtərdə yeni layihə
Operativ Qərargahdan YENİ QƏRAR: Bu qadağa LƏĞV EDİLDİ
Məktəblərdə idman zalları bağlanır? – Rəsmi
Atatürk parkı yenidənqurmadan sonra belə olacaq - FOTOLAR
Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
Prezident Ankarada Heydər Əliyevin abidəsini ziyarət etdi
Arzu Əliyeva Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı”nda olub
Prezident: “Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır”
Baş məşqçilərlə bağlı qərara dəyişiklik edildi
“Məhsul” stadionu bağlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 