ONN media xəbər verir ki, mayın 25-də Daxili İşlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbiri giriş sözü ilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov açıb. Sonra dövlət himni səsləndirilib.
Nazir iyirminci əsrin əvvllərində regionda yaranmış mürəkkəb geosiyasi şəraitdə Şərqdə ilk dəfə məhz Azərbaycanda demokratik respublika yaradılmasını qədim dövlətçilik ənənələrinə malik xalqımızın qəhrəmanlıqlarla zəngin tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib. O, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün özünün ən qüdrətli dövrünü yaşayan, bölgədə söz, dünyada nüfuz sahibinə çevrilən gənc dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini, müstəqillik, suverenlik, demokratik ideallarını və prinsiplərini layiqincə davam etdiridiyini xüsusi vurğulayıb.
Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov qısa zaman kəsiyində milli hökumətin gördüyü işlər, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun şərəfli döyüş yolu barədə mərasim iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, görkəmli dövlət və ictimai xadimlərin gərgin diplomatik səyləri nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Demokratik Respublika formasında özünü təsdiqləmiş olub.
Diqqətə çatdırılıb ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsinin qəbulundan sonra cümhuriyyətin ilk parlamenti seçilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi təsdiqlənib, ana dili dövlət dili elan edilib, dövlət quruculuğu sahəsində əhəmiyyətli işlər görülüb, ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmini üçün mühüm tədbirlər həyata keçirilib.
Məruzədə xüsusilə vurğulanıb ki, məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında bu ənənələr davam və inkişaf etdirilib, milli intibahın və özünüdərkin əsasları yaradılıb, ümummilli liderin yüksək təşkilatçılıq və liderlik keyfiyyətləri, prinsipial mövqeyi və iradəsi nəticəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edilib.
Tədbirə yekun vuran nazir R.Usubov Azərbaycan Xalq Cümhuriyyəti dövründə yarımçıq qalmış bir çox işlərin, gerçəkləşməyən planların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl, məqsədyönlü şəkildə həyata keçirildiyini, ordu, dövlət quruculuğu, qlobal infrastruktur layihələri, uğurlu sosial, iqtisadi siyasət nəticəsində güclənmiş dövlətimizin, qüdrətli ordumuzun sonda torpaqlarımızı işğaldan azad edəcəyinə, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edəcəyinə əminliyini bildirib.



Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş konfrans keçirilib
Ədliyyə Nazirliyində növbəti konfrans keçirilib
AMEA-da "Cümhuriyyətin yaranmasının 100 illiyi"nə həsr olunmuş tədbir keçirib
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalanıb
Polis Akademiyasında 2017-2018-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib
Ramil Usubovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib
Bakı Kristal Zalında AXC-nin 100 illiyinə həsr olunmuş konsert keçirilir
Azərbaycanda Respublika Günüdür
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
28 aprel Azərbaycan Xalq Cümhuriyyətinin süqutu günüdür
Ali Hərbi Məktəbin ilk buraxılışına həsr olunmuş tədbir keçirilib
İstanbulda Heydər Əliyevin 95 və AXC-nin 100 illiyinə həsr olunmuş sərgi keçirilir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 