Azərbaycan Respublikasının pambıqçılıq üzrə ixtisaslaşmış rayonlarında keçirilən təlimlərin qrafikinə uyğun olaraq pambıq əkini ilə məşğul olan fermerlər və təsərrüfat sahibləri ilə təlimlər davam edir.
ONN media xəbər verir ki, növbəti təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov, Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis müavini Asif Tağıyev, Bitkiçilik şöbəsinin sektor müdiri Oktay Hüseynov, Kənd Təsrüffatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Ələddin Tağıyev, Baş Dövlət Texniki Nəzarət Xidmətinin baş məsləhətçisi Polad Mikayılov və “Aqrolizinq” ASC-nin baş mütəxəssisi Xaməmməd Məmmədovdan ibarət təlim qrupu tərəfindən Tərtər, Goranboy və Samux rayonlarında həyata keçirilib.
Açıq tarla şəraitində baş tutan və fermerlərin iştirakı ilə keçirilən təlimlərdə pambıq sahələrində səpinlərin başa çatdırılması, çıxış alınmış sahələrdə kultivasiya və malalama tədbirlərinin səmərəli təşkili, aqrotexniki qaydalara düzgün riayət edilməsi, pambıq əkinlərinin düzgün gübrələnməsi, bitkinin zərərverici və xəstəliklərdən mühafizəsi sahəsində çatışmazlıqları müzakirə edilib. Həmçinin, açıq ərazi görüşlərində aqrotexniki tədbirləri müasir səviyyədə həyata keçirmək üçün tövsiyələr verilib və görüləcək tədbirlər praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov pambıqçılığın inkişafına və keyfiyyətli pambıq istehsalına nail olmaq üçün nəzərdə tutulan kimyəvi mübarizə və aqrotexniki tədbirlərə düzgün əməl olunmasının vacibliyini diqqətə çatdırıb.
Texniki vasitələrdən düzgün istifadə qaydaları barədə danışan Yaqub Cəfərov çiləyici aqreqatların, gübrəsəpən və kultivasiya qoşqularının sahəyə çıxmamışdan əvvəl normalara uyğun sazlanmasına diqqət yetirməyi tövsiyə edib. Bildirib ki, gübrələrin və pestisid məhlullarının tələb olunan normadan az və ya çox verilməsi ziyanlı orqanizmlərin məhv olmamasına, bitkinin qidalı maddələri normal ala bilməməsinə və bitkinin stress yaşamasına səbəb olur.
Tədbirdə digər təlimçilər aqreqatların sazlanma qaydalarını əyani şəkildə iştirakçılara göstəriblər.
İştirakçılar əkin və aqrotexniki tədbirlər zamanı qarşılaşdıqları problemlər barədə danışıblar. Onların qarşılaşdıqları problemlər yerindəcə müzakirə olunub və problemlərin həlli ilə bağlı onlara müvafiq tövsiyələr verilib. Təlimin sonunda iştirakçılara pambıq bitkisinin zərərvericilərdən müasir üsullarla mühafizə edilməsi ilə bağlı bukletlər paylanılıb



Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir
Pambıqçılıqla bağlı təlimlər davam edir
Yevlax rayonunda "Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili"nə dair müşavirə keçirilib
Baş nazirdən yeni qərar
Aqrar Xidmətlər Agentliyinə yeni TƏYİNAT
Ağcabədi rayonunda regional müşavirə keçirilib
Saatlıda pambıqçılıqla əlaqəli növbəti müşavirə keçirilib
Bitki və bitkiçiliyin yoxlanılması üzrə təlimlər başlayıb
Pambıqçılığa həsr olunmuş iclas keçirilib
Pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
Fitosanitar müfəttişlərə FAO-nun sertifikatı təqdim olunub
Dövlət fitosanitar nəzarəti xidməti kürdəmir rayonunda fermerlərlə görüş keçirib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 