Gələn il Rusiyanın Həştərxan şəhərində Azərbaycan Ticarət Evi açılacaq.
ONN media xəbər verir ki, bu məsələ Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin sədrliyi ilə Turizm üzrə Regional Şuranın iclasında müzakirə edilib.
İclas zamanı A.Jilkin qeyd edib ki, Azərbaycan məhsullarına nəinki həştərxanlılar, eləcə də turistlər arasında böyük tələbat olacaq.
Ticarət Evi bu ilin mayında Həştərxanın Bakı küçəsində açılan Azərbaycan Biznes Mərkəzinin qonşuluğunda yerləşəcək. Hazırda Biznes Mərkəzinin ərazisində 25 Azərbaycan şirkətinin məhsullarından ibarət sərgi təşkil edilib.
Azərbaycan Biznes Mərkəzinin direktoru Regina Fayzulayeva bildirib ki, Ticarət Evinin sənədləri tam sürətlə hazırlanır. Ticarət Evində məhsulların satışı həm topdansatış, həm də pərakəndə formada həyata keçiriləcək.
Qeyd edək ki, bu gün Kiyevdə Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək. Bundan əvvəl Belarus və Latviyada Azərbaycan Ticarət evləri açılıb.



Azərbaycan Çində ticarət evi açacaq
Türkiyənin Azərbaycanda birinci Ticarət evi açılacaq
Azərbaycanın və Rusiyanın Həştərxan vilayətinin iş adamları onlayn görüşüb
İlham Əliyev Babuşkini qəbul etdi (YENİLƏNDİ)
Pakistanda "Azərbaycan Ticarət Evi" açılır
"Həştərxan İş Mərkəzi Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafına önəmli tövhə verəcək"- VİDEO
Ticarət mərkəzi təxliyə edildi - NƏ BAŞ VERİR?
Azərbaycan-İran ticarət mərkəzinin açılışı oldu
“Sədərək” bağlandı? - Açıqlama
Azərbaycan və Özbəkistan arasında vacib sənədlər imzalandı
Nur-Sultanda Azərbaycanın ticarət evi açılacaq
Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu başladı
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 