ONN media xəbər verir ki, Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə “Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı və istehlakı: retrospektiv baxış, təhlillər, proqnozlar, təkliflər” mövzusunda hazırlanmış hesabatın təqdimatı keçirilib.
Məqsəd ölkədə 2030-cu ilədək elektrik enerjisinə tələbatın müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsidir. Hesabata elektrik enerjisinə ölkədaxili tələbatın proqnozlaşdırılması üçün beynəlxalq qurumların, eləcə də yerli mütəxəssislərin qiymətləndirmələri daxil edilib, eləcə də respublikada mövcud istilik, su və modul tipli elektrik stansiyalarının elektrik enerjisinin istehsalında payı, texniki vəziyyəti, səmərəlilik səviyyəsi, əlavə güc həddi, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və potensial imkanlar təhlil olunub.
Tədbirdə elektrik stansiyalarında modernləşdirmə tədbirlərinin aparılması, istismar müddəti başa çatmış stansiyaların isə 2030-cu ilədək fəaliyyətinin dayandırılması, yeni generasiya güclərinin yaradılması, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılmasının vacibliyi diqqətə çatdırılıb, bu istiqamətdə ilkin prioritetlər nəzərdən keçirilib. Qeyd olunub ki, stansiyaların istismarında səmərəliliyin artırılması, texniki təchizatın yenilənməsi, əlavə stansiyaların tikilməsi məqsədilə bu sahəyə maraqlı olan şirkətlərin, özəl sektorun cəlb edilməsi vacibdir. Həmçinin ikiyanacaqlı elektrik stansiyalarının tikintisi, yeni texnologiyaların tətbiqi, generasiya güclərinin paylanması üzrə geoməkanın təhlilinin aparılması, elektrik xətlərinin keçəcəyi tranzit yollarının düzgün seçilməsi, Abşeron yarımadası və ya onun ətraf ərazilərində 1000 MVt-lıq 1 və ya 2 stansiyanın tikilməsi, mövcud blokların bərpası və istifadəyə verilməsi, eyni zamanda metropolitendə təhlukəsiz fəaliyyətin təmin edilməsi məqsədilə əlavə ehtiyat mənbələrinin seçilməsi ilə bağlı təkliflərə baxılması tövsiyə olunub.
İclasda hesabatın aidiyyəti qurumların nümayəndələri ilə birgə işçi qrupu səviyyəsində yekun olaraq nəzərdən keçirilməsi qərara alınıb.



Azərbaycanda elektrik enerjisi istehsalı və istehlakı həcmi açıqlandı
İranla elektrik enerjisinə dair müqavilə imzalanıb
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Naxçıvanda elektrik enerjisinin istehsalı ötən il nə qədər artıb?
Energetika Nazirliyində inzibati xətalarla bağlı 46 işə baxılıb
Azərbaycanın energetika naziri İranda səfərdə olub
Tarif Şurasına yeni səlahiyyət verildi
Laçın və Kəlbəcərdə külək elektrik stansiyaları tikiləcək
İlin sonunda bərpa olunan enerji hərracları keçirilə bilər
Bu gecə yenə işıqlar sönəcəkmi?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 