Sentyabrın 24-də AMEA Rəyasət Heyətində “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Məqsəd Azərbaycan Milli Elmlər Akademiyası və “Turkish Aerospace” şirkəti arasında texniki elmlər üzrə birgə fəaliyyətə dair müzakirələr aparmaq və əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.
AMEA -dan ONN media -ya bildiriblər ki, görüşdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA və “Turkish Aerospace” şirkəti arasında texniki elmlər istiqamətində birgə tədqiqatların yerinə yetirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Akademik bu sahədə kadr və təcrübə mübadiləsinin aparılmasının zəruriliyini qeyd edib.
Sonra “Turkish Aerospace” şirkətinin Strateji və texnologiya üzrə idarəetmə rəhbəri, professor Fahrettin Öztürk çıxış edərək bildirib ki, qeyd olunan istiqamətlərdə birgə əməkdaşlıq kompleks araşdırmaların aparılmasına, müxtəlif layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradacaq.
Daha sonra AMEA ilə “Turkish Aerospace” şirkəti arasında birgə fəaliyyətə dair sənədin imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA-nın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, “Turkish Aerospace” şirkətinin Korporativ marketinq və kommunikasiya şöbəsinin müdiri Tamer Özmen, Korporativ marketinq və kommunikasiya şöbəsinin regional meneceri Mehmet Gökan Keskin iştirak ediblər.



AMEA və “Turkish Aerospace” şirkəti əməkdaşlıq edəcək
AMEA ilə Monqolustan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb
AMEA-nın prezidenti Bolqarıstanlı həmkarı ilə görüşüb
AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
AMEA ilə Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
AMEA Türk Dünyası Elmlər Akademiyaları Birliyinə sədrlik edəcək
AMEA prezidenti Meksikanın ölkəmizdəki səfiri ilə görüşüb
AMEA -nın prezidenti Akif Əlizadə medalla təltif edildi
AMEA-da BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza ilə görüş keçirilib
AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirildi
AMEA prezidenti istefa verdi
AMEA-da iki vacib təyinat
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 