ONN media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda AMEA-nın Türk Dünyası Elmlər Akademiyaları Birliyinə rəhbərlik etməsi və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Türk Dünyası Elmlər Akademiyaları Birliyindən söz açıb. Bildirib ki, birlik Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin elmlər akademiyalarının fəaliyyətlərini əlaqələndirmək, birgə elmi layihələr həyata keçirmək, çoxcildlik nəşrlər hazırlamaq, ortaq elmi mövqedən çıxış etmək məqsədilə yaradılıb. Türk Dünyası Elmlər Akademiyaları Birliyinə 2016-cı ildə Qazaxıstan, 2017-ci ildə isə Türkiyə elmlər akademiyalarının sədrlik etdiyini deyən akademik İsa Həbibbəyli birliyin qərarı ilə rəhbərliyin bu il AMEA-ya keçdiyini vurğulayıb.
Tədbirdə 2018-ci ilin may-iyun aylarında Bakıda birliyin növbəti iclasının, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti və Türk Dünyası Muxtar Qurumlarının 100 illiklərinə həsr olunmuş beynəlxalq elmi konfransların keçirilməsi qərara alınıb.



“Türk dünyasında müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemləri” mövzusunda konfrans işə başlayıb
AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
İsa Həbibbəyliyə yeni vəzifə verilib
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirildi
AMEA Nizamnaməsindəki vəzifələrin icrası üçün Komissiya yaradıldı
AMEA -nın prezidenti Akif Əlizadə medalla təltif edildi
Rəyasət Heyətinin növbəti iclası keçirilib
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirildi
Akademik Akif Əlizadə Belarusda medalla təltif edilib
AMEA ilə Monqolustan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb
AMEA-ya yeni prezident seçildi
Yeni mərkəz yaradıldı: akademikə vəzifə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 