ONN media xəbər verir ki, Azərbaycanda təcrübə məqsədilə ilk dəfə yetişdirilən rəngli pambığın yığılmasına başlanılıb.
Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Məhərrəm Əliyev bildirib ki, Çindən gətirilən rəngli pambığın çiyidi bir qədər gec - iyun ayının əvvəlində əllə səpilib. Vegetasiya dövrü az olan bu pambıq yerli pambıqlarla eyni vaxtda bar verib. Mahlıcı zərif olan pambıq xına rəngi və bir qədər açıq rəngdədir. Məhsuldarlıq qənaətbəxşdir. Hər hektardan 45-50 sentner məhsul gözlənilir.
Yığılan məhsul Gəncə Aqrar Elm Mərkəzində təmizlənərək çiyid mahlıcdan ayrılacaq və respublikada bu pambıq sortunun çoxaldılması üçün toxumluq məqsədilə istifadə ediləcək. Növbəti ildə 5 hektarda rəngli pambığın becərilməsi nəzərdə tutulur.
Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin təcrübə sahələrində 3 hektarda becərilən qiymətli strateji bitki olan soyanın da yığımı həyata keçirilir.
Mərkəzin direktoru Məhərrəm Əliyev bildirib ki, soya tərkibindəki zülal və yağın zənginliyinə görə əvəzedilməz bitkidir. Həm ərzaq, həm də yem bitkisi kimi mühüm əhəmiyyət kəsb edən soya bitkisinin əkinlərinin çoxaldılması vacibdir. Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir. Bu bitki havada olan sərbəst azotu fiksasiya edərək, torpağın münbitliyinin yaxşılaşdırılmasında mühüm rol oynayır.



Azərbaycanda YENİ QƏRAR: bu məhsulun qiyməti 50 manat BAHALAŞDI - RƏSMİ
Bu il pambıq sahələrindən nə qədər pambıq yığılıb
Azərbaycanda pambıq yığımına dair SON STATİSTİK MƏLUMAT
Azərbaycanda ilk dəfə qarğıdalı sahələri dronlar vasitəsilə dərmanlandı
Prezident: Pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir
İmişlidə güclü yanğın baş verib
Son iki ildə Azərbaycanda pambıqçılıqda istifadə üçün 5700 ədəd texnika alınıb
İlham Əliyev müşavirə keçirdi
İlham Əliyev bərdəli fermerin pambıq tarlası ilə tanış olub
Kənd təsərrüfatında irəliləyiş — Məhsul yığımı artıb
Kənd Təsərrüfatı Nazirliyində pambıqçılıqla bağlı tədbir keçirilib
Yevlax rayonunda "Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili"nə dair müşavirə keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 