ONN media Azertac-a istinadla xəbər verir ki, Ukraynada Azərbaycanla bağlı xüsusi analitik beyin mərkəzi yaradılır.
Azərbaycanın Ukraynadakı səfirliyindən bildiriblər ki, bu günlərdə səfirlilikdə AMEA prezidenti akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə Qara Dəniz-Xəzər Hövzəsi məkanını əhatə edən mövzularla bağlı xüsusi analitik beyin mərkəzinin yaradılması barədə razılıq əldə olunub. Görüş Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin təşəbbüsü ilə baş tutub.
Mərkəzin yaradılmasında məqsəd geosiyasi, siyasi, loqistika, informasiya mübadiləsi mexanizmləri, elm, təhsil sahələrində qarşılıqlı əlaqələrin inkişaf imkanları və layihələrin hazırlanması, regional əməkdaşlıq formatları, onların perspektivləri, təhlükəsizlik sisteminin yaradılmasının geosiyasi-nəzəri aspektləri, beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq imkanları kimi mövzular üzrə elmi tədqiqat işlərinin aparılması, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.
AMEA rəhbərliyi bu məsələdə öz kadr potensialından istifadə edilməsi fikrinə müsbət yanaşdığını bildirib.
Tərəflər bu təklif-layihənin reallaşdırılması üçün birgə fəaliyyət göstərəcəkləri ilə bağlı razılığa gəliblər.



AMEA -nın prezidenti Akif Əlizadə medalla təltif edildi
Zelenski Azərbaycana gələcək
AMEA prezidenti Meksikanın ölkəmizdəki səfiri ilə görüşüb
İranın Azərbaycanla münasibətləri... - Səccadpur
AMEA ilə Monqolustan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb
Özbəkistan Prezidenti Şahin Mustafayevi qəbul etdi
İranlı nazir Azərbaycanı təbrik etdi
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi Türkiyənin Abant İzzet Baysal Universiteti ilə əməkdaşlıq edəcək
Prezident Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsini qəbul etdi
AMEA və “Turkish Aerospace” şirkəti əməkdaşlıq edəcək
Azərbaycanla Tacikistan arasında mühüm sənəd İMZALANDI
AMEA Birləşmiş Millətlər Təşkilatı ilə elmi əlaqələri gücləndirir
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 