Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən 20 Yanvar faciəsi hər bir azərbaycanlının qəlbində kədər qədər də fəxarət hissi oyadır.
Axar.az xəbər verir ki, xalqımıza qarşı törədilmiş bu qanlı aksiyanın dünya ictimaiyyətinə daha ətraflı çatdırılması üçün Azərbaycanın İrandakı səfirliyi bir sıra tədbirlər həyata keçirib.
Səfirlik tərəfindən Azərbaycan, fars və ingilis dillərində hazırlanmış “20 Yanvar ümumxalq hüzn günü” başlıqlı press-reliz və bu faciəni əks etdirən fotoşəkillər İranda akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların Tehrandakı təmsilçilərinə, eləcə də yerli kütləvi informasiya vasitələrinə göndərilib.
Müasir dünyada informasiyanın yayılmasında internetin və sosial şəbəkələrin əvəzedilməz rolunu nəzərə alan səfirlik özünün internet resurslarında fars, ingilis və Azərbaycan dillərində faciə haqqında geniş məlumat və fotolar yerləşdirib. Səfirliyin saytında, Tvitter səhifəsində və “Teleqram” kanalında 20 Yanvar faciəsi ilə əlaqədar hazırlanmış ətraflı məlumat, press-reliz və fotolar dərc olunub.
“AVA Diplomatic” analitik informasiya portalında fars və ingilis dilində 20 Yanvar hadisələrini əks etdirən material yerləşdirilib.
Bunlarla yanaşı, Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin 1990-cı il 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bəyanatı İran İslam Respublikası İnsan Hüquqları Şurasına və diplomatik nümayəndəliklərə təqdim edilib.



Livan nəşri 20 yanvar faciəsindən yazdı
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsi yad edildi
20 yanvar Şəhidləri Belqradda da anıldı
20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi
İSESKO-dan ilk dəfə 20 Yanvar faciəsi ilə bağlı - BƏYANAT
20 Yanvar faciəsindən 31 il ötür
Türkiyə səfirliyi: "20 Yanvar faciəsi əsla unudulmayacaq"
Bakıda prezidentin iştirakı ilə ümumxalq yürüşü keçirilir
Dmanisidə Qanlı Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
İran səfiri XİN-ə çağırıldı
Bu gün 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunur
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 