Beynəlxalq Türk Akademiyasının mətbuat xidmətindən verilən məlumata əsasən ONN media xəbər verir ki, Qazax dilində “Azərbaycan Xalq Cümhuriyyəti - 100” kitabı çap olunacaq.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubiley tədbirləri çərçivəsində Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən ilk dəfə qazax dilində Cümhuriyyət ilə bağlı ətraflı məlumatlar, faktlar və sənədlərin toplandığı yeni bir kitabı çapa hazırlanır.
Bu barədə Qazaxıstanın Astana şəhərində jurnalistlərə verdiyi brifinqdə TWESCO prezidenti Darxan Kıdırali məlumat verib.
Akademiya rəhbərinin sözlərinə görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər dövlətlərdən nüfuzlu alimlərin məqalələri də yer aldığı kitabda AXC-nin o dövrdə Mərkəzi Asiyada mövcud olan muxtariyyətlərlə, o cümlədən, Türküstan Milli Muxatriyyəti və Alaş Orda dövləti ilə əlaqələrinə də yer veriləcək.
D.Kıdırali qeyd edib ki, qazax dilində indiyədək AXC ilə bağlı dolğun məlumatların əks olunduğu bir mənbə yox idi. Ona görə də, Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini əsas götürərək, bu sahədə olan mövcud boşluğun doldurulması üçün belə bir kitabın hazırlanmasına qərar verilib. Bununla bərabər, türk dünyasının böyük dövlət xadimi Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Türk dünyası” kitabı da may ayınadək qazax oxucuların ixtiyarına veriləcək. Hər iki layihə may ayında Bakıda və Astanada təqdim olunacaq.
Bu sırada, Azərbaycan alimlərinin iştirakı ilə Astanada Cümhuriyyətin 100 ilinə həsr olunan seminar da təşkil olunacaq və iyun ayın 18-də Qazaxıstanda keçiriləcək III “Böyük Çöl” Humanitar Forumunun bir paneli bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinə həsr ediləcək.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən və Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransındakı fəaliyyətini əks etdirən “Əbədi ezamiyyət” sənədli filminin də Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə subtitrlə tərcüməsi və 28 May Respublika günü ərəfəsində Qazaxıstan televiziya kanallarında yayımlanması nəzərdə tutulur.
Eyni zamanda, Beynəlxalq Türk Akademiyası tərəfindən dünya elmi və mədəniyyətinə töfhə vermiş nüfuzlu türk alimlərinin yer alacağı “100 böyük türk” layihəsi üzərində də iş aparılır.
TWESCO-nun rəhbərliyi altında 26 ölkədən 130 tədqiqatçının iştirakı ilə hazırlanan “Təhlükədəki Türk dilləri” dördcildliyi isə bu ilin 30 aprel tarixində UNESCO-nun Parisdəki mərkəzində təqdim olunacaq.



Qırğız prezidenti Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
Rus dilində olan yazı Qazaxıstan tenqesindən silinəcək
Astanada III "Böyük Çöl" Beynəlxalq Humanitar Forumu keçirilib
Astanada Ümumdünya Türkoloji Konqresi keçiriləcək - FOTO
Hüseyn Cavidin şeirlər kitabı Qazax dilinə tərcümə olunub
Əli Həsənov:“Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsində Qazaxıstanda ümummilli həmrəylik var”
İlham Rəhimovun "Din və Cəza" adlı kitabı ingilis dilində çap edildi
İlham Rəhimovun "Din və Cəza" adlı kitabı ingilis dilində çap edildi
Nizami Gəncəvi kitabı Holland və Türk dilində
“Din və Cəza” alman dilində çap edildi
Qazaxıstanda partiyanın siyasi bürosunda dəyişiklik edilir?
Beynəlxalq Türk Akademiyası Abay Kunanbayevin 175 illiyini qeyd edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 