Fevralın 18-dən Azərbaycan Hava Yolları QSC (AZAL) Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçuşlara başlayacaq.
Bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, aviareyslər həftənin çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.
Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər.
Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib.
Sərnişin Aktau şəhərindən Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.



AZAL Təl-Əvivə uçuşların sayını artırır
AZAL İtaliyaya uçuşları bərpa edir
“Buta Eyrveys” bu ölkəyə uçuşlara başlayır
Tiflisə getmək istəyənlərin NƏZƏRİNƏ
Bu ölkəyə getmək istəyənlərin NƏZƏRİNƏ
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
"Buta Airways" aşağıbüdcəli aviaşirkəti Alanya şəhərinə reysləri bərpa edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 