“Birləşdirilmiş Ştatlar hesab edir ki, İran nüvə silahını yaratmaq niyyətindən imtina etməyib”.
ONN media TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Nyu-Dehlidə “Observer Research Foundation” tədqiqat mərkəzində çıxışı zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.
Amerika diplomatı Donald Tramp administrasiyasının İranla nüvə sazişindən çıxışı haqqında qərarın səbəbini izah edib. Heylinin sözlərinə görə, ABŞ İranda təhdid mənbəyi görür və belə fikir gümanlarla deyil, sübutlarla əsaslandırılıb.
“İranla sazişə baxmayaraq, biz görürük ki, ölkə rəhbərliyi BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmağa davam edirlər. Onlar ballistik raketlərin hazırlanmasına davam edirlər. Onlar Yəməndə üsyançılara silah satmağa davam edərək terrorizmi dəstəkləyirlər. Yaxın Şərqdə hər münaqişənin arxasında İranı görürük”, - ABŞ-ın daimi nümayəndəsi iddia edib.
O təsdiqləyib ki, Birləşdirilmiş Ştatlar siyasi və iqtisadi təzyiqin köməyi ilə İranı danışıqlar stoluna oturmağa, güzəştə getməyə və nüvə proqramı haqqında dəyişikliklərə məcbur etmək niyyətindədir.



Tramp İrandan yeganə tələbini açıqladı
Merkel Trampı tənqid etdi
Tehran ABŞ-ı TƏKZİB ETDİ
İranla nüvə müzakirələri dayandırıldı
ABŞ nöqtə qoydu: İranla heç nə razılaşdırılmayıb!
Tramp İranı hədələdi
ABŞ-dan nüvə silahı mesajı
ABŞ -dan Britaniyaya İranla bağlı ÇAĞIRIŞ
İran danışıqlar üçün 3 şərtini açıqladı
ABŞ İranı ələ keçirmək istəyir - Rusiya
ABŞ-dan İrana TƏHDİD: "Terrora dəstəyi dayandırmasa..."
ABŞ İranla bağlı BMT-nin xüsusi iclasını çağırmaq niyyətindədir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 