ABŞ Böyük Britaniyanı İranla nüvə sazişindən çıxmağa çağırıb.
ONN media xəbər verir ki, bu cağırışı ABŞ-ın Böyük Britaniyadakı səfiri Robert Vud Conson səsləndirib.
Səfir Londonun “İran təhdidinə” qarşı mübarizədə Vaşinqtonla birləşməli olduğunu bildirib.
“Böyük Britaniya 2015-ci ildə bağlanmış İranla nüvə sazişinə dəstəyindən imtina etməli və Tehran tərəfindən yaranan qlobal təhdidə əks təsir üçün Vaşinqtonla səylərini birləşdirməlidir”, - səfirin “The Sunday Telegraph” nəşrinin bazar nömrəsində dərc edilmiş məqaləsində deyilir.
Consonun sözlərinə görə, “normal ölkə” olmaq üçün İrana real və möhkəm dəyişikliklər lazımdır. Səfir iddia edib ki, ABŞ İranla ”əsl hərtərəfli razılaşma”nın imzalanması üçün səy göstərir.
Qeyd edək ki, ABŞ bu ilinin mayında İranla nüvə sazişindən çıxıb. Sazişin digər iştirakçıları – İngiltərə, Fransa, Almaniya, Rusiya və Çin ona sədaqətini ifadə ediblər.



ABŞ nöqtə qoydu: İranla heç nə razılaşdırılmayıb!
Rusiyadan İrana BÖYÜK DƏSTƏK
Ya savaş, ya pul…-İran ABŞ-dan 50 milyard dollar istədi
İrana qarşı olan sanksiyalar ləğv olunacaq?
İran danışıqlar üçün 3 şərtini açıqladı
İranla yeni nüvə sazişinə hazırıq - Pompeo
Tramp İrandan yeganə tələbini açıqladı
Ağ Evin İrana qarşı tələbləri nədir?
İranın ABŞ-la bağlı ŞOK TƏLƏBİ
İranla bağlı ŞOK İDDİA
Merkel Trampı tənqid etdi
Blinkendən İrana XƏBƏRDARLIQ: Vaxt bitir!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 