ABŞ-ın İrana qarşı sanksiyaları işə salması Avropa İttifaqı tərəfindən sərt qarşılanıb.
ONN media xəbər verir ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini nüvə anlaşmasına sadiq qalan İranla iqtisadi əməkdaşlığı artıracaqlarını açıqlayıb.
Moqerini qeyd edib ki, bu əməkdaşlıq həm bölgə, həm də dünyada təhlükəsizliyin xeyrinədir.
“Nüvə anlaşmasının İran xalqına qazandırdığı iqtisadi faydaların davam etməsi və İranın bu anlaşmada qalması üçün əlimizdən gələni edəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasına görə təxirə salınan sanksiyaların ilk mərhələsini tətbiq etməyə başladı. Sanksiyalar siyahısına İranın ABŞ dollarına çıxışının qarşısının alınması, dövlət istiqrazlarının satılması, qızıl, almaz və digər qiymətli metallar, polad, alüminium, kömür, həmçinin İrana idxal edilən təyyarə və ya onun detalları, gəmiqayırma sahəsi daxildir. Bununla yanaşı, xarici şirkətlərin İranın avtomobil sektoruna girməsinin qarşısını alacaq cəzalar, əl istehsalı olan xalçaların, şam fıstığı kimi qida məhsullarının ABŞ-a ixracı da sanksiyalarla qadağan hesab olunur. Sanksiyaların ikinci mərhələsi noyabrın 5-də tətbiq ediləcək.
Avropa isə Trampın istəklərinin əksinə olaraq, İranla nüvə anlaşmasından çıxmaq istəmir. Böyük Britaniya, Fransa və Almaniya dünən birlikdə İrana dəstək bəyanatı imzalayıb.



İrandan Avropaya NÜVƏ XƏBƏRDARLIĞI
İrana növbəti zərbə - Tramp İMZALADI
Aİ ABŞ-ın qərarına QARŞI ÇIXDI: “İmkan verməyəcəyik”
İrana qarşı olan sanksiyalar ləğv olunacaq?
Müharibə variantına 5 GÜN QALDI
Tramp: "Bunu İrana göstərəcəyik"
Avropa ABŞ-ın sanksiyalarına qarşı - İlk sənəd qəbul edildi
İrandan bununla bağlı XƏBƏRDARLIQ
Rusiyadan İrana BÖYÜK DƏSTƏK
Tehran ABŞ-a MEYDAN OXUDU: Peşman olacaqsınız!
Almaniyada İrana qarşı SANKSİYA TƏLƏB EDİLDİ
Ağ Evin İrana qarşı tələbləri nədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 