Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva ONN media-ya bildirib ki, Bakıda səfərdə olan Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birolun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 12-də səfər proqramı üzrə Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş Azərbaycan övladlarının məzarları üzərinə güllər qoyub, “Əbədi məşəl” abidəsini ziyarət edib.
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla keçirilən görüşdə Azərbaycanla Beynəlxalq Enerji Agentliyi (BEA) arasında gələcək əməkdaşlıq imkanları və ölkəmizin enerji sektoru üzrə hədəflərinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Energetika naziri Pərviz Şahbazov Fatih Birolu qədim neft diyarı Bakıda görməkdən məmnunluğunu ifadə edib. Bu səfərin Beynəlxalq Enerji Agentliyi ilə əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
Nazir Azərbaycanın qlobal enerji təhlükəsizliyinə neft-qaz layihələri ilə davamlı dəstək verdiyini, “Cənub Qaz Dəhlizi”nin reallaşması ilə Avropada qaz təchizatının mənbə və marşrutlarının şaxələnməsinin, xüsusilə Cənub-Şərqi Avropanın qaz bazarında artan tələbatın ödənilməsinin təmin ediləcəyini deyib. Nazir Xəzərdən təbii qazın birbaşa Avropaya nəqlini mümkünləşdirən bu nəhəng infrastrukturun inşasının ölkədə digər qaz yataqlarının işlənməsinə, həmçinin başqa ölkələrin də qazının bu dəhliz vasitəsilə ixracına imkanlar yaratdığını vurğulayıb.
Azərbaycana səfər dəvətinə görə təşəkkürünü bildirən Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol isə deyib ki, qlobal enerji təhlükəsizliyində Azərbaycan mühüm rol oynayır. “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı strateji maraqlarına cavab verən layihə kimi qəbul olunur.
Söhbət zamanı Fatih Birol ölkəmizin bərpa olunan enerji mənbələri sahəsində planları ilə maraqlanıb. Müvafiq layihələr üzrə əməkdaşlıq niyyətini və tövsiyələrini diqqətə çatdırıb.
Elektroenergetika sektorunda həyata keçirilən islahatlar barədə ətraflı məlumat verən energetika naziri Pərviz Şahbazov bildirib ki, enerji səmərəliliyinə, bərpa edilən enerji mənbələrinin elektrik enerjisi istehsalında payının artmasına nail olmaq, özəl sektorun bu sahədə iştirakını təmin etmək və elektrik enerjisi bazarını formalaşdırmaq əsas prioritetlərdəndir. Bu istiqamətdə hazırlanmış yeni qanunvericilik bazası əlverişli mühitin yaradılmasına, bərpa olunan enerjinin enerji istehlakında çəkisinin artmasına və nəticədə ölkəmizin daha çox karbohidrogen ixracına yol açacaqdır.
Sonra Fatih Birolun “Qlobal enerji perspektivləri və onların Azərbaycan üçün nəticələri” mövzusunda təqdimatı dinlənilib. Agentliyin dünya neft və qaz bazarının inkişaf tendensiyalarına dair təhlilləri və proqnozlarına dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, qarşıdakı illərdə neft, qaz və neft-kimya məhsullarına qlobal tələbat artmaqda davam edəcək. Azərbaycanın enerji ölkəsi kimi inkişafında neft-qaz resursları əhəmiyyətli mövqeyini qoruyub saxlayacaq. Enerjiyə tələbatın ödənilməsində ölkəmiz vacib rol oynayacaq. “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan Avropanın qaz və diversifikasiya ehtiyacının azalmasına mühüm təsir göstərəcəkdir. Upstream sektorunda yeni layihələrə başlanılması üçün investisiyalara zərurət yaranacağı, neft-kimya, bərpa olunan enerji sahəsində Azərbaycanın böyük potensialının olduğu və bu imkanların reallaşdırılması üçün Beynəlxalq Enerji Agentliyinin dəstəyi qeyd edilib.
Fatih Birolun səfərinin yekunları ilə bağlı brifinq də keçirilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.



Azərbaycanın energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Pərviz Şahbazov ABŞ-a səfərə gedib
Pərviz Şahbazov BƏƏ-li həmkarı ilə görüşdü
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb
Energetika naziri “Afrika İttifaqı Komissiyası”nın komissarı ilə görüşüb
Pərviz Şahbazov Rusiyada səfərdədir
Azərbaycanın energetika naziri ABŞ-ın enerji naziri ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 