Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəallarının iştirakı ilə Ümumilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbir Ümummilli liderin büstü önünə əklil və gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış olublar.
ONN media xəbər verir ki, tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Sonra isə ümummilli liderin həyat və fəaliyyəti barədə qısa informasiya verərək Azərbaycan diasporunun formalaşması və inkişafında dahi şəxsiyyətin əvəzedilməz rolundan danışıb.
Anım mərasimində Heydər Əliyevə həsr edilmiş “Böyük ömrün anları” filmi nümayiş etdirilib.
Tədbirdə ümummilli liderin Ukrayna-Azərbaycan münasibətlərinin formalaşması və inkişafında rolu, Ukrayna dövlətinə xüsusi əhəmiyyət verməsi, Ukraynada Azərbaycan diasporunun gücləndirilməsi istiqamətində gördüyü işlərdən söhbət açılıb. Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimov gələn il Ukraynada ümummilli liderin xatirəsinə kikboks turnirinin keçiriləcəyi barədə iştirakçılara məlumat verib. Anım mərasimi diaspor rəhbərləri və fəallarının dahi Heydər Əliyev haqqında xatirələrinə dair fikir mübadiləsi ilə davam edib



DSX-nin rəhbər heyəti Fəxri xiyabanda
Həştərxanda Heydər Əliyev anılıb - Foto
Astanada Heydər Əliyevin xatirəsi anıldı
Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər
XİN Heydər Əliyevin anım günü münasibəti ilə paylaşım edib
Heydər Əliyevin xatirəsi Moldovada anıldı
Mehriban Əliyeva Heydər Əliyevin xatirəsini belə yad etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
Mehriban Əliyeva- Ümummilli lider Heydər Əliyevi ehtiramla yad edirəm
İlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı PAYLAŞIM
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi kimsəsiz uşaqlara sovqat payladı
İlham Əliyev və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 